"Toyota Crown" kupeşəkilli krossover ola bilər
Yeni Toyota Crown modelinin ətrafında dolaşan şayiələr səngimək bilmir: insayderlər 15 nəsil dəyişmiş modelin TNGA GA-K modul platformasına əsaslanan krossoverə çevriləcəyini iddia edirlər. İndi isə, başqa bir məlumat peyda olub – məlumat “sızmaları” üzrə ixtisaslaşmış yapon "BestCarWeb" nəşrinin bildirdiyinə görə, Crown adı tərkibinə kupe-krossover də daxil olan avtomobiilər ailəsinə veriləcəkdir. Nəşrin dizaynerlərindən biri belə modelin necə görünəcəyi barədə öz baxışını təqdim edib.
“BestCarWeb” nəşri yeni nəsil Crown modelinin yaradılması prosesi haqqında məlumatı olan mənbəyə istinad edir. Guya, yapon istehsalçısı, yeni modelin hazırlanmasına çəkilən xərcləri azaltmaq üçün uzununa yerləşən mühərriki olan arxaötürməli platformadan (həm də altısilindrli mühərrikdən) imtina edərək, Crown modelini köndələn yerləşən mühərriki olan önötürməli platformaya keçirəcək.
Nəşrin əldə etdiyi məlumata görə, söhbət Toyota Camry və Lexus ES modellərindən tanış olan TNGA GA-K arxitekturasından gedir. Altısilindrili mühərrikin əvəzinə isə, yeni model 2,5-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu quraşdırılacaqdır. Toyota Crown bir neçə variantda buraxılacaqdır ki, bunların arasında kupeşəkilli krossover də olacaqdır.
Renderdəki avtomobil hündür klirensə, dairəvi müdafiə qurşağına malikdir ki, bu da onun ofroud xarakterinə işarə edir. Xatırladaq ki, artıq əfsanəvi adı və tac şəklindəki emblemi Çində satılan və Highlander XSE modelinin variantlarından biri olan Crown Kluger krossoveri daşıyır.
Orijinal Toyota Crown sedanına gəldikdə isə, model 1955-ci ildən buraxılır və yapon markasının uzunömürlü avtomobillərindən biridir. Hazırda Toyota bu sedanın 2018-ci ildə debüt etmiş S220 indeksli 15-ci nəslini satır. 2020-ci ilində sedan yüngül modernləşdirmədən keçib: avtomobilin salonu müasirləşdirilib, yardımçı sistemlərin siyahısı genişləndirilib.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”












