"Toyota" ən bahalı avtomobil brendlərinin siyahısına başçılıq edir

Toyota şirkəti dünyanın ən bahalı 500 şirkətləri reytinqindəki mövqeyini qorumağa müvəffəq olub. 64,3 milyard dollar dəyəri olan yapon şirkəti Brand Finance reytinqində 12-ci yerdə qərarlaşıb və avtomobil istehsalçıları arasında birincidir. 2021-ci ildə olduğu kimi, yapon istehsalçısını ümumi siyahıda 15-ci yerə geriləyən Mercedes-Benz (60,8 milyard dollar) təqib edir. Üçüncü yerdə isə, 14 yer birdən yüksələrək 28-ci yeri tutmuş Tesla şirkətidir. Amerikan istehsalçısı 46 milyard dollara qiymətləndirilib.
Öz növbəsində Tesla şirkəti 26-cı yerdən 33-cü yerə geriləmiş Volkswagen şirkətini (41 milyard dollar) üstələyib. Alman şirkəti ən bahalı avtomobil istehsalçıları sırasında dördüncü olub. İlk beşliyi 37 yeri tutmuş Mitsubishi (39,7 milyard dollar) tamamlayır. Onların ardınca hər ikisi də 10 yer itirmiş alman BMW (39-cu yer, 37,9 milyard dollar) və Porsche (46-cı yer, 33,7 milyard dollar) şirkətləri sıralanıblar.
Avtomobil brendlərinin ilk onluğunda Honda (61-ci yer və 28,2 milyard dollar), Ford (76-cı yer və 24,2 milyard dollar) və TATA (78-ci yer və 23,9 milyard dollar) da var. Adı çəkilən şirkətlər 2021-ci ilin reytinqində daha yüksək yerlər tutmuşdular.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












