Toyota GR Yaris “sığır” testindən uğurla çıxıb

İspaniyanın km.77 nəşrinin jurnalistləri Toyota GR Yaris modelinin manevr qabiliyyətini sınayıblar. “Bərkgedən” hetçbek, BMW, Mercedes-Benz və Porsche modellərini geridə qoyaraq “sığır” testindən uğurla çıxıb.
Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır” testi, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. “Uğursuzluq” dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.
Toyota GR Yaris hetçbekinin sınaqları 77 km/saat həddilə başlanıb. İlk cəhd uğursuz olub: 264 at qüvvəli hetçbek sürücüsü avtomobilin ölçülərini hesablamayıb, nəticədə bir neçə konusu vurub. Lakin, artıq növbəti gedişdə “bərkgedən” hetçbek 80 km/saat sürətilə bütün konusları problemsiz keçib.
81 km/saat sürəti ilə həyata keçirilən üçüncü cəhd zamanı mütəxəssislər GR Yaris modelinin bir konusa toxunmasına baxmayaraq, hetçbek tərəfindən edilən manevrinin sərt olduğu və əksər avtomobillər, prinsipcə, belə sınağın öhdəsindən gələ bilməyəcəklərini eyd ediblər. Bunu, yapon hetçbekinin 83 km/saat sürəti ilə keçirilən final gedişi də təsdiqləyib.
“Sığır” testinin nəticələrinə görə mütəxəssislər Toyota GR Yaris hetçbekinin heyranedici manevr qabiliyyətinə malik olduğunu qeyd ediblər. “Bərkgedən” hetçbek, BMW 1 Series, Mercedes-AMG A 45 S, Volkswagen Golf və Porsche Taycan Turbo S modellərindən daha çox xal qazanıb.
Ötən ilin avqust ayında 77km.com nəşri yeni Toyota Supra GR kupesinin “sığır” testindən keçiriblər. İdman avtomobili 77 km/saat həddində həyata keçirilən kəskin manevrlərin öhdəsindən gəlib - lakin, üç cəhddən yalnız biri uğurlu olub.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO












