Toyota Highlander - səyahətdən və istirahətdən zövq almaq üçün mükəmmək avtomobil - FOTO

Avtomobil sürərkən ailənizlə maksimal komfort arzu etməyinizdən, yaxud yaxınlarınızla səyahət edərkən istirahətdən zövq almaq istəməyinizdən asılı olmayaraq, idarə etməli olduğunuz avtomobil "Toyota Highlander"dir.
Yeni Toyota Highlander sizə arzu etdiyiniz hər şeyi verməyə, gündəlik səfərlərinizi daha mükəmməl etməyə hazırdır. Toyota Yeni Qlobal Arxitektura (TNGA) platformasının sayəsində sizə və yaxınlarınıza daha böyük imkanlar, komfort və təhlükəsizlik vəd edən bu avtomobildə 8-dək insan səyahət edə bilər.
Yeni Highlander dəbdəbəli və müasir interyeri ilə sizə hər an zövq verəcək. Avtomobilin sərt cizgilərə malik alət paneli 8 düym sensor displeyə malikdir. Burada Highlander sisteminin fərqli funksiyalarından asanlıqla istifadə edə bilərsiniz. Avtomobilin bütün oturacaqlarında keyfiyyətə xüsusi diqqət yetirilib. Yumşaq səthlər və yüksək səviyyəli materiallar mükəmməlliyi ilə sizə və sevdiklərinizə unudulmaz anlar yaşadacaq.
Highlander avtomobilinin dinamik yeni dizaynı, hara getməyinizdən asılı olmayaraq, baş gicəlləndirici uğura sahib olacaq. Genişləndirilmiş qanadlar avtomobilin görünüşünü vurğulayır. Avtomobilin kapotundan arxa faralara qədər uzanan sərt cizgilər isə onun müstəsna gözəlliyə malik görünüşünə rəng qatır.
Şəhərdə səyahət edərkən, ya da təbiət qoynuna çıxarkən Highlander avtomobilinin ürək oxşayan komfortundan zövq alacaqsınız. Yüksək davamlılığa malik TNGA platforması avtomobili səlis və sakit səfərlər üçün möhkəm karkasla təmin edib. Avtomobilin tam ötürücülü idarəetmə imkanlarını dinamik fırlatma momentinin paylanması sisteminə malik tam ötürücülü idarəetmə ilə yeni zirvələrə çıxarın.
Highlander gecə səfərlərindən şəhər kənarına bir günlük səfərlərə qədər istənilən səyahətin öhdəsindən gələ bilər.
Yaşadığınız macəralara daha çox əyləncə gətirin. Highlander avtomobilinin 8 düym sensor ekranlı displeyinin sayəsində nəzarəti bir an belə əldən buraxmayacaqsınız. Daha fərdiləşdirilmiş təcrübə yaşamaq üçün sadəcə standart Apple CarPlay® ilə iPhone® telefonunuzu avtomobilə qoşun. Ya da standart Android Auto tətbiqinin üstünlüklərindən faydalanmaq üçün Android™ smartfonunuzla bağlantı yaradın.
Toyota Safety Sense™ 2.5 (TSS 2.5) yeni Toyota Highlander avtomobilinə xas aktiv təhlükəsizlik funksiyalarıdır. Bu innovativ funksiyalar sizi və sərnişinlərinizi xəsarətdən qorumaq məqsədi daşıyır. TSS (Toyota Safety Sense) kimi aktiv təhlükəsizlik sistemləri sürücüyə kömək üçün nəzərdə tutulub.Sistemlər sürücünün diqqətini və məsuliyyətini əvəz etmir.Xarici amillər ucbatından bu sistemdə dəqiq tanınmada və səmərəli idarəetmədə məhdudiyyətlər mövcuddur və buna görə sistəmə çox güvənmək lazım deyil.Sürücu maşını idarə edərkən hər zaman ətrafında olan avtomobillərə diqqət yetirməlidir və sürüş zamanı bütün təhlükəsizlik tədbirlərinə riayət etməlidir.
Mövcud texniki xüsusiyyətlər və qiymətlər haqqında daha ətraflı məlumat almaq üçün rəsmi Toyota dilerlərinə müraciət edə, yaxud internet saytımıza nəzər sala bilərsiniz: www.toyota.az.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO














