Reklam

"Toyota" qiyməti iki X4M krossoverinin qiymətinə bərabər olan "Supra" kupesini buraxacaq

Avtodünya 26 Mart 2022 13:45 Oxunub 1598
"Toyota" qiyməti iki X4M krossoverinin qiymətinə bərabər olan "Supra" kupesini buraxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toyota GR Supra GT4 yarış avtomobili 2020-ci ilin mart ayından başlayaraq müştərilər üçün əlçatandır. Kupenin qiyməti 175 min avro təşkil edir. Yarış avtomobili yeddi pilləli preselektiv qutu ilə tandemdə çalışan 3,0-litrlik “turboaltılıq” ilə təchiz olunur.

Toyota şirkəti 2021-ci ildə 50 ədəd yarış kupesi satıb və yaponlar bu nailiyyəti qeyd etmək üçün GR Supra GT4 modelini 50 Edition adlı xüsusi versiyasını buraxmaq qərarına gəliblər. Xüsusi seriyadan olan kupenin tirajı cəmi altı nüsxə ilə məhdudlaşır, lakin bu onun qiymətinə heç bir təsir göstərməyib. Müqayisə üçün qeyd edək ki, Avropada bu pula qiyməti 75,7 min avrodan başlayan iki BMW X4 M krossoverini almaq olar.

GR Supra GT4 50 Edition modelinin tirajı Asiya, Avropa və Amerikadan olan alıcılar arasında bərabər bölünəcəkdir. Bütün avtomobillər Toyota Gazoo Racing Red rənginə boyanıb və “50 Edition” emblemləri ilə bəzədiliblər. İdman avtomobillərinin salonunda yeni oturacaqlar quraşdırılıb, sərnişin oturacağı isə, karbondan hazırlanmış ayaq dayağı ilə birlikdə standart avadanlıq siyahısına daxildir. Salonda 50 Edition loqotiplərini lövhəcik və tikmə-naxış şəklində də tapmaq olar. Seçimlər siyahısında firma tent örtüyü də var - lakin bu ödənişsiz opsiyadır.

Texniki baxımdan xüsusi seriyadan olan kupenin adi GR Supra GT4 modelindən heç bir fərq yoxdur. Kapotun altında 435 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən, ikiaxınlı turbokompressoru olan 3,0-litrlik sıralı altısilindrli (BMW B58B30C) mühərrik yerləşir. Transmissiya - yeddi pilləli sekvental ötürmələr qutusudur.

Yarış kupeləri arxa oxdakı məhdud sürtünməli mexaniki differensial, KW amortizatorları və Sloveniyanın Akrapovic şirkətinin buraxılış sistemi ilə təchiz edilir. Əyləcləməyə öndə altıporşenli və arxada dördporşenli supportlar cavabdehdirlər.

Toyota GR Supra GT4 kupesi Avropada keçirilən GT4 European Series, Nürburgring Endurance Series, ADAC GT4 Series, DTM Trophy, British GT Championship, GT4 Scandinavia, yapon Super Taikyu Series, Inter Proto Series, Fanatec GT World Challenge Asia, eləcə də amerikan MSA Michelin Pilot Challenge və Pirelli GT4 America çempionatlarında iştirak edə bilər. Eyni zamanda, 2021-ci ilin sonuna GR Supra GT4 kupesi 250 yarışda iştirak edib, öz sinifində 36 qələbə və 78 podium əldə edib.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh