Reklam

Universal kuzovlu "Audi A6" e-tron konsepti təqdim edilib

Avtodünya 17 Mart 2022 16:59 Oxunub 1848
Universal kuzovlu "Audi A6" e-tron konsepti təqdim edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir il bundan öncə, Audi şirkəti Çində A6 e-tron liftbekini təqdim edərkən, onun 95% seriya elektromobilinə uyğun olduğunu bildirmişdi. Görünən odur ki, almanlar yalan söyləməyiblər, çünki bu gün, ümumilikdə keçən ilki konsepti təkrarlayan universal kuzovlu versiya Avropada debüt edib. Bu isə, A6 e-tron modellərinin konveyerə doğru çox yaxınlaşdığından xəbər verir.

Bamperdəki dekorativ “dişləri” və radiator barmaqlığının yerindəki saxta naxışı nəzərə almasaq, universalın ön hissəsinin keçən ilki liftbeklə eyni olduğunu görmək mümkündür. Yan tərəflərin cizgiləri də, arxa hissənin ümumi ideyası eynidir: konsept statusuna baxmayaraq, hər iki avtomobil həqiqətən də geniş şəkildə unifikasiya ediliblər.

Hazırki Audi A6 Avant modeli ilə müqayisədə yeni konsept daha enlidir: 1886 millimetrə qarşı 1960 millimetr. Lakin uzunluq (4960 millimetr) və hündürlükdəki (1440 millimetr) fərqlər çox cüzidir. Elektrik universalı 22-düymlük təkər disklərinə və yan güzgüləri əvəzləmiş kameralara malikdir. Onun aerodinamik müqavimət əmsalı 0,24-ə bərabərdir. Keçən ilki liftbekdəki bu göstərici isə 0,22-dir.

Matrisa fənərləri naviqasiyanın ismarıclarını yol səthində “çəkə” və yaxud şəkilləri qarajın divarına proyeksiya edə bilər. Buna video oyunlar da daxildir - lakin bu şəkillər monoxrom olacaqlar. Orqanik işıqdiodlarından (OLED) hazırlanmış arxa fənərlər işıqlanan naxışı çevik şəkildə dəyişməyə imkan verirlər. Təəssüflər olsun ki, ötən il olduğu kimi, elektrokarların interyer şəkilləri dərc edilməyib.

Gələcək Audi A6 e-tron modeli yeni PPE (Premium Platform Electric) modul platformasında inşa edilən ilk avtomobil olacaqdır. Bu platforma Volkswagen konserni tərəfindən movcud olan avtomobillərlə bağlılığı olmadan yaradılıb. Yeni platformadan iri və bahalı avtomobillərin yaradılması üçün istifadə olunacaqdır.Bu arixektura 800-voltluq elektrik sistemini dəstəkləyir, üstəlik, arxa və tam ötürməli avtomobilləri inşa etməyə imkan verir.

Audi A6 Avant e-tron universalı iki elektrik mühərriki (hər oxda biri) ilə təchiz edilir. Mühərriklərin ümumi hasilatı 476 at qüvvəsi və 800 Nm fırlanma anıdır. Universal 100 km/saata dörd saniyədən az müddətə sürətlənir. Lakin A6 elektrokarlarının modifikasiya çeşidində 100 km/saat sürətini təqribən yeddi saniyəyə toplayan daha zəif versiyalar da olacaqlar. Universalın asqısı pnevmatikdir.

Elektrik universalı 100 kilovat-saatlıq batareyaya və 700 kilometrdən (WLTP dövrünə əsasən) çox yürüş ehtiyatına malik olacaqdır. Audi A6 Avant e-tron modelini 270 kilovat gücündə daimi cərəyan terminallarına qoşmaq olar. Bu halda, 10 dəqiqə ərzində, 300 kilometrlik yürüş ehtiyatı üçün cərəyanı yükləmək mümkün olacaqdır. 5 faizlik cərəyanı qalış batareyanı 80 faizə qədər doldurmaq üçün 25 dəqiqə gərəkdir.

Əvvəl də elan edildiyi kimi, Audi A6 e-tron modeli bazara 2023-cü ildə çıxacaqdır. Elektrokarın kamuflyajlı prototipləri artıq sınaqdan keçirilir və onlardan göründüyü kimi, seriya elektrokarı ənənəvi qapı tutacaqlarına, yan güzgülərə və ikimərtəbəli fənərlərin başqa konfiqurasiyasına malik olacaqdır. Elektrokarları həm Almaniyada, həm də Çində (FAW-Audi BM zavodunda) istehsal edəcəklər.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh