“Veoneer” və “Qualcomm” əməkdaşlığa başlayıb

İsveçin avtomobil texnologiyaları ilə məşğul olan "Veoneer" şirkəti və ABŞ-ın "Qualcomm" mikrosxemlər istehsalçısı arasında təkmilləşdirilmiş sürücü yardım sistemləri (ADAS) üçün aparat və proqram təminatının hazırlanmasını nəzərdə tutan əməkdaşlıq haqqında saziş imzalanıb.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, tərəfdaşlar tərəfindən səylərin birləşdirilməsi haqqında planlar ilk dəfə ötən ilin avqustunda açıqlanıb. Birgə yaradılan platformanın "Intel Mobileye" kimi şirkətlərin məhsulları ilə rəqabət aparacağı gözlənilir.
Radar və texniki görmə sistemləri istehsal edən "Veoneer" şirkəti "Arriver" adlı xüsusi bölmə yaradıb. Onun vəzifəsi ətraf mühit və hərəkət idarəetməsinin qavrayışı üçün proqram təminatının hazırlanmasıdır.
"Qualcomm Technologies" ilə bugünkü saziş və "Arriver" bölməsinin yaradılması "Veoneer" şirkətinin inkişafında əsas mərhələlərdəndir", - "Veoneer" baş direktoru Yan Karlsonun bəyanatında qeyd olunub.
"Veoneer" nümayəndələrinin sözlərinə görə, hazırda "Arriver" proqram təminatı yaxın aylar ərzində avtomobil sahəsinin müştərilərinin sərəncamına veriləcək "Qualcomm Snapdragon Ride Platform" platformasında işləyir. Əməkdaşlığın ilk faydası, o cümlədən ilkin spesifikasiyalar və platforma imkanları bir sıra tanınmış avtomobil istehsalçılarına təqdim edildikdən sonra müsbət rəylər alınıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












