"Volkswagen" in yeni elektromobilinin fotoşəkilləri yayımlandı - FOTO

2022-ci ildə təqdim olunması gözlənilən Volkswagen ID.6-nın foto şəkilləri Reddit-də yayımlanıb.
Avtosfer.az xəbər verir ki, şirkətin yeni elektrikli SUV modelinin təqdimatından bir neçə ay əvvəl çıxan bu fotoşəkillər yeni modelin heyranedici dizayna malik olduğunu göstərir.
Şirkət tərəfindən elektrikli avtomobillər üçün hazırlanmış modulyar MEB platformasında inşa edilmiş ID.6 yayımlanan hesabata görə, 82 kVt/saat gücündə bir batareyadan istifadə ediləcək.
4.9 metr uzunluğunda, 1.8 metr enində və 1.8 metr hündürlüyündə olacağı gözlənilən ID.6, 7 oturacaqlı olacaq. Baqaj bölməsində yerləşdiriləcək əlavə 2 sərnişin oturacağının, digər növ nümunələrində olduğu kimi geri çəkilə bilən bir sistemə sahib olması gözlənilir.
ID.6, ən azı 101 at gücünə, ikiqat mühərriklə işləyən daha bahalı təminat paketində isə 200 at gücünə sahib olacaq. 2022-ci ildə istehsal olunması gözlənilən ID.6-nın yalnız Avropa bazarında və ya ABŞ-da satılacağı hələ məlum deyil.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












