"Volkswagen" yeni qlobal büdcə sedanının təqdimat tarixini açıqlayıb
Volkswagen şirkəti Skoda Slavia büdcə sedanının alman brendi altında buraxılacaq bənzərini hazırlayır. Volkswagen emblemini daşıyan sedan 8 mart tarixində debüt edəcək və tizerdən göründüyü kimi, Cənubi Amerikada 2018-ci ildən bəri satılan Virtus modelinin yenilənmiş versiyası olacaqdır. Təqdimatdan sonra sedan Hindistanda yığılmağa başlayacaq və yerli bazarda köhnəlmiş Vento modelini əvəzləyəcəkdir.
Zahiri cəhətdən yenilənmiş Virtus sedanını LED “bumeranqları” olan işıq texnikası və çıxıntılı ön tərəfi sayəsində tanımaq olar. Ön bamper daha iri olub və böyüdülmüş hava girişlərini alıb. Çox güman ki, bu element GTS “idman” versiyasına məxsus olan cəhətdir. Modelin yan və arxa tərəfləri göstərilmədiyinə görə, burada ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir.
Büdcə sedanının salonunda rəqəmsal cihazlar paneli və 10-düymlük ekranı olan multimedia sistemi quraşdırıla bilər. Lakin Skoda Slavia modelində olduğu kimi, belə təchizat yalnız top versiyanın imtiyazı olacaqdır. Sedanın baza versiyası isə ənənəvi analoq cihazlar paneli və 7-düymlük displeyi olan mediasistem ilə təchiz ediləcəkdir.
Slavia modeli MQB-A0-IN platformasını bölüşən Virtus mühərrik çeşidini çex modelindən alacaqdır. Bu çeşidə 115 at qüvvəli 1,0-litrlik “turboüçlük” və 150 at qüvvəli 1,5-litrlik “turbodördlük” daxildir. Birinci aqreqat 6-pilləli mexaniki və avtomatik transmissiya, ikincisi isə, mexaniki ötürmələr qutusu və ya 7-pilləli “robot” ilə tandemdə çalışır.
autograph.az
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO










