"Volkswagen" yenilənmiş Lavida modelini nümayiş etdirib
Volkswagen yenilənmiş Lavida sedanını nümayiş etdirib. Ən maraqlısı odur ki, sedan ön tərəfin iki variantda tərtibatı və 12-düymlük sensorlu ekranı olan yenidən nəzərdən keçirilmiş salon ilə təklif edilir. Yenilənmiş Lavida sedanının kütləvi təqdimatı aprel ayında keçiriləcək Pekin avtosalonunda baş tutacaqdır.
Buna baxmayaraq, istehsalçı yenilənmiş model haqqında ətraflı məlumat verib. Avtomobilin texniki hissəsində dəyişikliklər olmayıb - çox güman ki, Çində 113-159 min yuana satılan avtomobilin qiymətində ciddi artım gözlənilmir.
Volkswagen Lavida modeli alman markasının Çindəki bestselleridir. Burada 14 il ərzində beş milyondan çox Lavida sedanı satılıb ki, bunların da yarısı son beş ilin payına düşür. Odur ki, plan üzrə yenilənmə zamanı iki dizayn variantına görə təəccüblənmək gərək deyil. Müxtəliflik fərqli bamperlər və radiator barmaqlığı, habelə xüsusi təkər diskləri sayəsində əldə olunur.
Məsələn, “idman” görkəmli Lavida Star Edition modelinin əlamətləri gündüz hərəkət işıqlarının zolağı ilə bölünmüş radiator barmaqlığı, seçilən güzgülər və beşqollı 17-düymlük təkər diskləridir. Adi Lavida modeli düzbucaqlı radiator barmaqlığı olan ənənəvi “üzə” malikdir.
Hər iki halda sedanın salonu demək olar ki, eynidir. Lavida 12-düymlük “süzən” sensorlu ekranı olan multimedia sistemini əldə edib. Lakin bunun üçün ön panelin dizaynını dəyişdirmək lazım olub. Virtual cihazlar paneli, klimat-kontrolun sensorlu iradetmə paneli və çoxfunksiyalı sükan çarxı “büdcə” modelində əvvəl də quraşdırılırdı, lakin bunlar ən zəngin təchizatı olan sedanın imtiyazı idi.
Çox güman ki, Lavida Star Edition modifikasiyası 150 at qüvvəli 1,4-litrlik TSI mühərriki və 7-pilləli DSG “robotu” ilə təchiz ediləcəkdir. Adi sedanlar üçün isə, 5-pilləli mexaniki və ya 6-pilləli avtomatik transmissiyalar ilə tandemdə çalışan 1,5-litrlik atmosfer mühərriki nəzərdə tutulub. Ön ötürməyə alternativ yoxdur.
Yenilənmiş Volkswagen Lavida sedanı apreldə keçiriləcək Pekin avtosalonundan sonra satışa çıxarılacaqdır. Yenilənmə tam vaxtında həyata keçirilib, çünki son iki ildə sedanın satışları aşağı düşüb, lakin istənilən halda, bu Lavida modelinin seqmentindəki mütləq liderliyinə təhlükə yaratmır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












