“Xpeng” yeni elektron bələdçisini təqdim etdi
Avtodünya
27 Yanvar 2021 16:10

Çinin elektromobil istehsalçılarından “Xpeng” şirkəti yeni elektron bələdçisi olan “Navigation Guided Pilot” (NGP) sisteminin tətbiqinə başlayıb.
Avtosfer.az “CNBC”yə istinadən xəbər verir ki, bu gündən “P7” luks sedanlarında da tətbiq edilməyə başlayan NGP internetdən yükləməklə əldə edilir.
“Xpilot 3.0” sürücüyə yardım proqramının tərkib hissəsi olan bu sistem hərəkət zolağını dəyişdirmək, yola və ya yoldan çıxmaq, sürəti artırıb-azaltmaq, ötmə əməliyyatını icra etmək imkanı yaradır.
Qeyd edək ki, “Xpilot 3.0” proqramını Wi-Fi vasitəsilə yükləmək üçün şirkətin özəl “Xmart” əməliyyat sistemi də yaradılmışdı. Bu sistemin son 2.5.0 versiyası “P7”lərin bütün variantları üçün uyğundur.
2014-cü ildə təsis edilən “Xpeng” şirkəti hazırda “G3” elektrik SUV-u və “P7” elektrik sedanı istehsal edir. Şirkətin ilk sərmayədarları arasında “Alibaba” və “Foxconn” da var.
Oxunub : 1784
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 15:48
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
9 Oktyabr 2026 17:16
“Porsche”nin satışında onillik minimum
8 Oktyabr 2026 23:18
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
8 Oktyabr 2026 20:30
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
7 Oktyabr 2026 15:48
Çinin qlobal avtomobil bazarında payı azalır
6 Oktyabr 2026 16:41
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
5 Oktyabr 2026 14:18
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
5 Oktyabr 2026 13:18
Almanları birləşdirən avtomobil - FOTOLAR
3 Oktyabr 2026 23:24
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
1 Oktyabr 2026 17:16
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
1 Oktyabr 2026 15:48
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
1 Oktyabr 2026 08:00
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
ŞƏRH YAZ












