Yeni avtomobil modelləri testdən bu cür keçirilir - Standartlara cavab verməsə... - VİDEO

Mütəmadi olaraq mediada müxtəlif avtomobil modellərinin qəza testlərindən aşağı qiymət alması barədə məlumatlar paylaşılır.
Maraqlıdır, bu, modellərin aqibətinə necə təsir göstərir? Ümumiyyətlə, yeni avtomobil modellərinin testləri necə aparılır?
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ilkin testlər istehsalçı şirkətin özü tərəfindən aparılır. Sonra isə istehsalçıya aid olmayan, müstəqil, neytral test keçirən şirkətlərə müraciət olunur: "Əsas kriteriyalar avtomobilin qəza zamanı dözümlülüyü, təhlükəsizliyidir. Avtomobil fərqli sürətlərdə, müxtəlif manevrlər zamanı testdirive edilir. Buna "crash test", yəni qəza testi də deyilir. Bu testlər zamanı sürücü və sərnişinlərə dəyə biləcək zərər araşdırılır. Həmçinin avtomobilin əyləc sistemi, qəfil manevr, sağa-sola hərəkət zamanı transmissiyasının özünü göstərməsi əsas götürülür".
Mütəxəssis həmçinin vurğulayıb ki, hər yeni model, seqment üçün testlər fərqlidir: "Çünki avtomobillər model və seqmentlərinə görə fərqlidirlər. Test iki cür həyata keçirilir. Birinci test istehsalçı şirkət vasitəsilə baş tutur. Sonrakı mərhələdə isə test keçirmə xidməti təklif edən şirkətlərə müraciət olunur. Məsələ ondadır ki, test keçirən böyük bir şirkətin müsbət və ya mənfi rəy verməsi avtomobilin satışına ciddi təsir etmir. Bəlkə də cüzi təsir göstərə bilər. Çünki bu testlər öncədən istehsalçının özü tərəfindən keçirilib. Bu zaman həmin modelin xarakteristikası haqqında da tam məlumat verilib. İstehsalçının keçirdiyi testlər zamanı avtomobilin müəyyən hissələrində qüsurlar, həmçinin təhlükəsizlik standartlarına cavab vermədiyi aşkarlanarsa, proses yenilənir. Modelin müəyyən hissələri isə yenidən istehsala gedir".
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO











