Yeni "Ford Ranger Raptor" modelinin debüt tarixi məlum olub

Yeni nəsil Ford Ranger ofrouderinin bazasında inşa edilmiş “bərkgedən” Raptor versiyasının rəsmi təqdimatı 22 fevral tarixində keçiriləcəkdir. Yeni Ranger Raptor modeli barədə məlumat verilməyib - yalnız avtomobilin kamuflyaja bürünmüş prototipinin sınaqları zamanı çəkilmiş videotizer dərc edilib. Videoçarxdan göründüyü kimi, Ranger Raptor modelinin yeni versiyası Ford markasının “bərkgedən” Raptor xəttindən olan ofrouderlərin əsas xüsusiyyətlərini - güclü mühərrik və mürəkkəb yolsuzluq üçün adaptasiya edilmiş asqını, - qoruyub saxlayıb.
Böyük ehtimalla, Avstraliyada sınaqdan keçirilən avtomobil torpaq yollarda yüksək sürətlə şütüməyə imkan verən asqı ilə təchiz edilib. Mühərrikə gəldikdə isə, Ranger Raptor pikapının bir müddət bundan öncə təqdim olunmuş Bronco Raptor modeli ilə unifikasiya ediləcəkdir. Bu, pikapın 400 at qüvvəli 3,0-litrlik V6 benzin turbomühərriki və 10-pilləli “avtomatı” alacağına işarə edir.
Bundan başqa, Ranger Raptor modeli onu adi Ranger pikapından fərqləndirəcək eksteryer və interyer təribatındakı idman aksentlərinə malik olacaqdır. Eyni zamanda, “bərkgedən” Ranger pikapının satış coğrafiyası genişləndiriləcəkdir - bu günə qədər “bərkgedən” pikap Avstraliya, Meksika, Argentina və Cənubi-Şərqi Asiyanın bəzi ölkələrində satılır. Yeni Ford Ranger Raptor modeli ABŞ və Avropada satılacaqdır.
autograph.az
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”











