Yeni "Lexus LX" modelini dinamometrik stenddə yoxlayıblar

Bəhreyndə fəaliyyət göstərən EKanoo Racing tüninq atelyesinin mütəxəssisləri Lexus LX600 modelinin gücünü yoxlamaq qərarına gəliblər. Onlar 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərriki ilə təchiz edilmiş yapon ofrouderini dinamometrik stendə quraşdıraraq, güc və fırlanma anı göstəricilərini, habelə avtomobilin sürətlənmə dinamikasını müəyyən ediblər. Araşdırmalar nəticəsində ofrouderin sürətlənmə zamanı 13 at qüvvəsi itirdiyi məlum olub.
Sınaqlar üçün TNGA GA-F platformasında inşa edilmiş və F-Sport təchziat səviyyəsinə malik olan yeni Lexus LX600 ofrouderini götürüblər.Artıq qeyd etdiyimiz kimi, ofrouder 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli “avtomat” ilə tandemdə çalışır. Ofrouder oxlararası differensial kilidi olan tam ötürmə sisteminə malikdir. Sınaqdan keçirilmiş avtomobilin yürüşü 17 kilometr olub.
Dinamometrik stendə ofrouderin 13 at qüvvəsi itirdiyi məlum olub. Beləliklə, Lexus LX600 modelinin mühərriki 362 at qüvvəsi və 552 Nm hasil edib. Çox güman ki, kiçik güc itkisi F Sport üçün xarakterik olan 22-düymlük disklər ilə əlaqədardır
Xatırladaq ki, bir müddət bundan öncə, EKanoo mütəxəssisləri 3,5-litrlik V6 turbomühərriki ilə təchiz edilmiş Toyota Land Cruiser 300 modelinin gücünü yoxlamışdırlar. Nəticədə, təkərlərə 370 at qüvvəsi və 534 Nm fırlanma anı ötürüldüyü aşkar edilmişdi. Xatırladaq ki, rəsmi sənədlərə əsasən altısilindrli turbomühərrikin hasilatı 415 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












