Yeni nəsil "Mitsubishi Outlander" modelinin debüt tarixi bəlli olub

Mitsubishi şirkəti dördüncü nəsil Outlander krossoverinin ilk tizerini dərc edərək, yeni modelin debüt tarixini açıqlayıb. Krossover, əvvəlcədən gözlənildiyi kimi, bu ilin sonuna qədər təqdim olunmayacaqdır - yeni Outlander modelinin təqdimatı 2021-ci ilin fevral ayında artıq ənənə halını almış onlayn təqdimat formatında baş tutacaqdır.
Xatırladaq ki, dünən Instagram şəbəkəsində yeni nəsil Mitsubishi Outlander şəkilləri dərc edilib. Kamuflyaj örtüyü olmayan krossoverə parkinqlərin birində rast gəlinib ki, bu da yeni modeli hərtərəfli nəzərdən keçirməyə imkan verib.
Yeni şəkillər Outlander modelinin növbəti nəslinin 2019-cu ildə nümayiş etdirilmiş Engelberg Tourer konseptinin üslubunda dizayna malik olub: hər iki avtomobil bənzər ön və arxa işıq texnikasına, habelə radiator barmaqlığına sahibdirlər. Fərqlər də var - şou avtomobilindəki bamperi haşiyələndirən qövs şəklində olan işıqqaytaranlar, seriya modelində üfüqi zolaqlara çevriliblər.
Növbəti nəsil Mitsubishi Outlander modeli Nissan X-Trail krossoverinin əsasını təşkil edən CMF-C/D platformasında inşa ediləcəkdir. Yeni modelin mühərrik çeşidinə 184 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edən 2.5-litrlik benzin mühərriki daxil olacaqdır. Güc qurğusu variator ilə tandemdə çalışacaqdır. Bundan başqa, hibrid modifikasiyanın da təklif ediləcəyi istisna edilmir - hibridin əsas bazarı Avropa olacaqdır.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO












