Yeni yeddiyerli "Jeep Meridian" modelinin videogörüntüləri yayılıb

Jeep şirkəti Hindistan bazarı üçün nəzərdə tutulmuş Meridian adlı ramalı ofrouderin videogörüntülərini yayıb. Yeni ofrouder Cənubi Amerikada satılan Jeep Commander modelinin yerli şəraitə uyğunlaşdırılmış versiyasıdır. Videogörüntülərdə güclü kamuflyaj örtüyünə malik olan ofrouderin Hindistanın vəhşi təbiətinin fonunda çəkildiyi və mənzərəli Meridian 77 şossesi ilə hərəkət etdiyi görünür.
Jeep Meridian modeli ölkənin ərazisi boyu uzanan eyniadlı yolun şərəfinə adlandırılıb. Yolun uzunluğu 3250 kilometr təşkil edir ki, yeni ofrouder də məhz bu məsafəni qət edib. Şirkətin məlumatlarına görə, avtomobil müxtəlif yol səthində hərəkət edərək marşrutu keçməyə 54 saat vaxt sərf edib. Uzunluğu 4769 millimetr olan ofrouder beş və yeddi yerlik salonla təklif ediləcəkdir. Kadrlardan göründüyü kimi, salonda 10,25-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 10,1-düymlük sensorlu ekranı peyda olacaqdır.
Şayiələrə görə, Jeep Meridian modeli 200 at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz edilməlidir. Güc aqreqatı 9-pilləli “avtomat” və tam ötürmə sistemi ilə birlikdə çalışacaqdır. Yeni ofrouderin təqdimatının yaxın həftələrdə keçiriləcəyi gözlənilir. Yerli bazarda Skoda Kodiaq və Toyota Fortuner modelləri ilə rəqabət aparacaq ofrouderin satışlarına cari ilin ikinci yarısında başlanmalıdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












