Yenilənmiş "Volkswagen Virtus" sedanı yeni bazarlara çıxır
Volkswagen Virtus sedanı beş il bundan öncə Braziliyada debüt edib. Faktiki olaraq, Virtus yeni nəsil Polo modelinin uzadılmış variantıdır və Latın Amerikasından başqa Hindistanda da satılır. Odur ki, yenilənmiş Virtus sedanının Hindistanda təqdim edilməsində təəccüblü bir şey yoxdur. Əslində Virtus modeli bizə tanış olan Polo sedanının variantlarından biridir.
Alman konserni üçün bu yenilənmə India 2.0 planının bir milyard dollara başa gələn ikinci mərhələsidir və Skoda/Volkswagen markalarının bu bölgədəki mövcudluğunu gücləndirməlidir. Yeni strategiyanın ilk mərhələsi Skoda Kushaq/ Volkswagen Taigun ikilisinin buraxılması olub, indi isə növbə çox da bahalı olmayan və Braziliyada buraxılan Virtus modelinin əsasında yaradılmış Skoda Slavia və Volkswagen Virtus modellərinə çatıb.
Yeni hind Virtus sedanı okeanın o biri tayındakı adaşından dəyişdirilmiş dizaynı ilə fərqlənir. Hindistanda satılacaq model başqa ön və arxa işıq texnikasına, bamperlərə və hətta baqaj qapağına malikdir. Yenilənmiş sedan başlanğıc modeldən daha aqressiv görünür, üstəlik,
Virtus təqaüdə göndərdiyi Vento modelindən daha iridir: onun uzunluğu is 4561 millimetr, eni - 1752 millimetr, hündürlüyü isə 1507 millimetdir. Sedanın oxları arasındakı məsafə 2651 millimetrə bərabərdir. Beləliklə, orijinal aerodinamik kuzov dəsti sayəsində hind sedanı braziliyalı adaşından 79 millimetr uzundur. Baqaj bölümünün həcmi 521 litrdir.
Hind sedanının interyeri də yenilənib, lakin ön panelin arxitekturası ümumilikdə dəyişməyib. Virtus sedanının baza versiyası analoq cihazlar paneli, adi kondisioner, mediasistemin 7-düymlük ekranı və iki təhlükəsizlik yastığı ilə təklif olunur.
Əlavə ödəniş qarşılığında yan hava yastıqlarını və təhlükəsizlik pərdələrini, 8-düymlük virtual cihazlar panelini, 10-düymlük displeyi və naviqasiyası olan mediasistemi, arxa görüntü kamerasını, sensorlu pultu olan klimat-kontrolu, lyuk və havalandırmalı ön oturacaqları quraşdırmaq mümkündür.
Volkswagen Virtus arxa yarımüstəqil asqısı olan MQB-A0 platformasına əsaslanır. Lakin hind sedanı üçün yerli şəraitə adaptasiya olunmuş daha sadə MQB-A0-IN versiyası götürülüb. Məsələn, arxa əyləclər yalnız barabanlı ola bilərlər, elektronika isə ciddi şəkildə ixtisara salınıb.
Hind sedanının mühərrik çeşidi də özünəməxsusdur və Braziliyadakı çeşiddən əsas fərqi sadə atmosfer mühərrikinin olmamasıdır. Alıcılar 1.0 TSI (115 at qüvvəsi) və 1.5 TSI (150 at qüvvəsi) turbomühərriklərindən seçim edə bilərlər.
Baza aqreqatı sayılan üçsilindli mühərrik mexaniki qutu və ya 6-pilləli klassik “avtomat” ilə təchiz edilir, dördsilindrli mühərrik üçün isə, eyni mexaniki transmissiya və 7-pilləli DSG “robotu” nəzərdə tutulub. 150 at qüvvəli mühərrik qara eksteryer dekoru və interyerində idman cizgiləri olan Virtus GT versiyasının imtiyazıdır.
Volkswagen Virtus sedanı Skoda Slavia modeli ilə eyni zavodda buraxılacaqdır. Üstəlik, India 2.0 strategiyası lokallaşdırma səviyyəsinin 95 faizə çatdırılmasını nəzərdə tutur, odur ki, yeni modellər üçün mühərriklər də Hindistanda istehsal olunur. Yenilənmiş Virtus sedanın yerli bazardakı satışlarına may ayında başlanmalıdır, sonradan Hindistanda istehsal olunan sedanlar dünyanın 25 ölkəsinə ixrac ediləcəklər.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










