Abşeronda polisin qovduğu avtomobil qəzaya düşdü: 3 nəfər yaralandı - FOTOLAR

Novxanı-Masazır şosesində ağır yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtomobili idarə edən Hüseyn Məmmədov əks yola çıxaraq İlkin Hüseynovun idarə etdiyi “Hyundai”a çırpılıb. Zərbənin gücündən “Daewoo” Anar Ağayevin idarə etdiyi “Mercedes”ə çırpılaraq aşıb. “Daewoo”nu idarə edən sürücü və sərnişin, həmçinin “Hyundai”ın sürücüsü İ.Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə “Daewoo” markalı avtomobili Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan 99-PN-287 dövlət nişanlı post patrul xidmətinin əməkdaşları təqib edirmiş.
Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













