Aeroport yaxınlığında avtobusu su kanalına düşdü: 10 ölü, 34 yaralı - FOTO
Avtosfer Foto
8 Aprel 2019 12:09

Qəza ilə bağlı araşdırma aparılır
Malaziyada sərnişin avtobusu aşıb. Avtosfer.az xəbər verir ki, hadisə Kuala-Lumpur beynəlxalq hava limanını yaxınlığında baş verib. Bu barədə “Star” nəşri məlumat yayıb.
Nəticədə 10 nəfər ölüb, 34 nəfər isə xəsarət alıb.
Qəzetin məlumatına görə, sürücü sükan idarəetməsini itirib və içərisində 43 nəfərin olduğu avtobus su kanalına yuvarlanıb. Hadisə yerinə xilasetmə briqadaları cəlb edilib.
8 xarici vətəndaş və sürücü qəza yerində ölüb, daha 1 nəfər sərnişin xəstəxanada dünyasını dəyişib. Qalan 34 nəfər yaralı yerli xəstəxanalara yerləşdiriliblər.
Qəza ilə bağlı araşdırma aparılır.
Nəşrdə həmçinin qeyd olunub ki, bütün sərnişinlər “MAS Kargo” yük şirkətinin əməkdaşları olub.
Namiq
Oxunub : 2042
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ











