Ağdaşda avtomobil piyadanı vurdu: daha sonra kanala aşdı - FOTO

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü km-də rayonun Qaraqan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin sürücüsü 2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlu Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub. Daha sonra o avtomobil ilə yol kənarındakı su kanalına düşüb. Sürücü və piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, avqustun 19-da saat 01 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Səbuhi İbrahimov idarə etdiyi “KIA” markalı avtomobillə yolun kənarında dayanan piyada, 1993-cü il təvəllüdlü Səməd Rəşidovu vurub, daha sonra isə nəqliyyat vasitəsi su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, S.Rəşidov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.




Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












