Alman avtobanlarının uzunömürlülüyünün sirri - FOTO

Almaniya dünyada sürətli yolları ilə seçilən ölkələrdəndir. Almanların avtoban (autobahn) federal şoselərin böyük hissəsində sürət limiti yoxdur.
Avtosfer.az xəbər verir ki, Almaniyada ilk avtoban 6 avqust 1932-ci ildə açılıb. Amma çoxları səhvən avtobanların Konrad Adenauerin prezidentliyi dövründə veymar Respuiblikasında qurulub. Kölndən Bonna qədər uzanan avtobanda sürət limiti 120 km/saat idi. Ovaxtkı avtomobillərin imkanlarını nəzərə alsaq, avtoban limitsiz idi.
Hitlerin dövründə isə avtobanların tikilməsi intensivləşdi. Məqsəd işsizliyi azaltmaq və hərbi texnikanın hərəkətini asanlaşdırmaq idi.

1945-ci ildə Üçüncü Reyxin süqutundan sonra da hər 2 Almaniyada gözəl yolların tikilməsi davam etdi. Yolun salınması prinsipləri isə son 80 ildə çox da dəyişməyib.
Yerli və ölkə əhəmiyyətli yol salınarkən əvvəlcə qrunt çıxarılır, bünövrə bərkidilir.
Etibarlı bünövrə qurulduqdan sonra onun üzərinə 40 santimetr qalınlığında dəmir-beton örtüyü çəkilir. Bu örtük yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edir. Beton örtüyün üzərinə isə qalın asfalt tökülür. Asfalt nisbətən elastik olduğu üçün avtomobillərin yolla kontaktını yaxşılaşdırır, özü də gec dağılır.
Beləliklə, yol tikintisində formalaşan ənənə, alman dəqiqliyi və işə vicdanlı münasibət bu gün də Almaniya yollarının uzunömürlü olmasının başlıca səbəbidir.
Vaxtilə Almaniya şəhəri olmuş Kalininqradda Hitlerin dövründə salınmış magistral (Berlinka) bu günədək əsaslı təmir olunmasa da, vəziyyəti materik Rusiyanın yollarından qat-qat yaxşıdır.
Vüqar Yaşaroğlu
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












