Amerikada 1000 dollara hansı avtomobilləri almaq olar? - FOTOLAR

Avtosfer Foto 14 Fevral 2022 19:43 Oxunub 3618
Amerikada 1000 dollara hansı avtomobilləri almaq olar? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Krossoverlər, yolsuzluq avtomobilləri, biznes sedanlar və hətta sportkarlar kimi əla variantlar var. Amerikada "Jiquli" qiymətinə nə almaq olar? ABŞ-da maşın bazarında vəziyyət fərqlidir: əlbəttə, orada da ideal vəziyyətdə olanı əldə edə bilməyəcəksiniz, amma yenə də seçim daha geniş və maraqlıdır. Biz işlənmiş avtomobillərin satışı üçün Amerikadakı elanları analiz etdik və “ayfon”dan daha ucuz olan layiqli variantları seçdik. Avtosfer.az masin.az-a istinadən bu modelləri təqdim edir:

Dodge Neon

 

 

Sadə və xarizmatik kompakt sedan Amerikada çox məşhur olub - hər iki nəslin ümumi tirajı iki milyon ədədi keçir. ABŞ-da “texniki problemləri olmayan tam işlək avtomobil” dəfələrlə ucuz qiymətləndirilir. Rusiya istehsalı maşınlar əvəzinə ilk maşın üçün pis variant deyil, düzdür?

Pontiac Bonneville

 

 

Əfsanəvi brendin böyük və xarizmatik sedanı istənilən sürət rekordu həvəskarı üçün uyğundur? Beləsi var! Merilend ştatının Forestville şəhərində 3.8 litrlik 200 at güclü V6 mühərriki və tam güc elektriklə təchiz edilmiş Pontiac Bonneville modeli min dollara satılır. Bəli, maşının dörddə bir əsrdən çox yaşı var, amma satıcı iddia edir ki, etibarlıdır və hər şey qaydasındadır.

Volvo V70

 

 

Forestvilledəki eyni diler 168 at gücündə 2,4 litrlik beş silindrli mühərrikə malik 2003-cü il buraxılışlı Volvo V70 universalını təklif edir. V70 XC olmasa da, firma praktikliyi və genişliyi yerindədir, çatışmazlıqlar arasında yalnız yağ sızması və narahat sürücü oturacağı qeyd olunur.

Pontiac Sunfire

 

 

Ekzotik Pontiac Sunfire kupesi haqqında nə düşünürsünüz? O, brendin fəaliyyətinin ən zəif dövründə istehsal olunduğu üçün fərqli nəsə gözləməyin - 140 at gücü, ön ötürücü, fleqmatik “avtomat”. Bununla belə, Miçiqandan olan Riç cəmi min dollara yaxşı qorunub saxlanmış interyeri ilə şən görünüşlü bir nümunə təklif edir. O, deyir ki, xərci təkcə yağı və əyləcləri dəyişdirməkdədir. Təkərlər və akkumulyator isə yenidir. 

Mercedes-Benz C-class

 

 

Mayamidəki bu lot inanılmaz görünür, amma satıcıya inansaq, qarşımızda yaxşı vəziyyətdə olan, mexiniki problemləri olmayan, işlək kondirisioneri və sənədləri yerində olan 1996-cı il buraxılışlı Mercedes-Benz C-Class var. Özü də baza versiya deyil: 193 at gücündə “altılıq” aqreqatla təchiz olunub.

Jaguar XJ

 

 

Bu Jaguar XJ8 modelinin çatışmazlıqları ön şüşədəki çatlar və generatordur. Satıcının dediyinə görə belədir. Kapotun açılması onun tez-tez istifadə olunması demək deyilmi? İstənilən halda, 2001-ci il buraxılışlı qızılı sedan pis görünmür, dörd litrlik V8 mühərriki və Daimler şirkətinin ən yaxşı komplektasiyasından xrom triminə sahibdir. Gizli deyil ki, Britaniya klassikasından olan komplektasiyada texniki çatışmazlıqlarla rastlaşacaqsınız, amma biz min dollardan danışırıq.

Volkswagen Passat

 

 

Restayliq olunmuş “beşinci” Volkswagen Passat modelini istəmirsiniz? Təəssüf ki, satıcı texniki göstəriciləri dəqiqləşdirməyib, amma məlumdur ki, bu sedandakı avtomatdır, yürüşü isə cəmi 90 min mildir (150000 km) və perspektivli görünür. Sənədləri və texniki vəziyyəti barədə də problem görünmür.

Toyota Camry

 

 

Əfsanəsiz olmaz ki... Ceff adlı Oreqon ştatının sakini 1998-ci il istehsalı olan Toyota Camry sedanını min dollara təklif edərək iddia edir ki, maşın 228 min mil (336 min km) getdiyinə baxmayaraq əla vəziyyətdədir. Doğrudan “Kamri” üçün bu əhəmiyyətli məsafədirmi? Üstünlükləri arasında 2,2 litrlik V6 mühərriki, vaxtaşırı texniki qulluq, yeni yağ, təkərlər və əyləcləri var. Bu qiymətə bizdə hansı maşın var?

Ford Taurus

 

 

Camry-nin xaricdəki analoqu o qədər də populyar olmasa da, nisbətən etibarlı, geniş və rahatdır. Üç litrlik V6 mühərriki olan bu nümunə Massachusettsdə satılır - 2004-cü ildə buraxılıb, yürüşü odometrə 184 mil göstərir, sənədləri qaydasındadır. Çatışmazlıqlar bunlardır: kabinədə bir neçə plastik yoxdur, yağ axıdır. Satışa səbəb yuxarıdakı kimi ailənin genişlənməsi ilə əlaqədar yeni avtomobilin alınmasıdır. 

Chevrolet S-10

 

 

“Dünyada olan ən yaraşıqlı maşın olmasa da, ona etibar edə bilərsiniz. Gəlin, götürün, mənim itkim sənin qazancındır”. Vaşinqton ştatının sakini Brayan bunları qeyd edərək bildirir ki, satışa çıxardığı Chevrolet S-10 yaxşı vəziyyətdədir. Hər şeyi də var: birsıralı kabinli sadə komplektasiya, “mexanika” və arxa ötürücüyə malikdir.

Ford F-150

 

 

Şimali Karolinada siz əfsanəvi Ford F-150-ni də əldə edə bilərsiniz. Pikap 1993-cü il buraxılışıdır, amma yürüşü nisbətən az olmaqla 135 min mildir. Sürücü şüşəsini dəyişdirmək, qıfılları düzəltmək lazımdır ki, qapılar normal açılsın. Komplektdə avtomatik transmissiya və beş litrlik V8 mühərriki daxildir.

Ford Crown Victoria

 

 

Amerikanın başqa bir əfsanəsi Ford Crown Victoria modelidir, üstəlik gücləndirilmiş asqı və 4,6 litrlik mühərriki olan polis versiyasındadır. Buna inanmaq çətin olsa da, belə maşını min dollara əldə etmək çox çətindir, özü də satıcı bildirir ki, texnikanın vəziyyəti əladır. Kuzovun vəziyyəti yaxşı deyil, amma smartfon qiymətinə polis maşını pisdir ki?

Dodge Grand Caravan

 

 

Bəs ailə? Amerikanın “işlənmiş” maşın bazarında min dollara almaq üçün başqa seçim də var! Məsələn: yaxşı vəziyyətdə olan Dodge Grand Caravan miniveni - Konnektikutdan olan Markizin sözlərinə görə, çox yer tutduğuna baxmayaraq, maşının heç bir problemi yoxdur. Alternativ olaraq, Virciniyada analoji Ford modeli satılır - 113 min mil yürüşü olan Windstar modeli. Tam ötürücüyə malikdir.

Ford Mustang

 

 

İndi isə əsl seçimlərə keçək. 1000 dollara maşını, əlavə də 100 dollara da yeni benzin nasosu əldə etməklə siz əsl “Mustanq” sahibi ola bilərsiniz. Bəli, bu, dördüncü nəslin pərəstişkarları arasında ən sevimli kupe deyil, 145 at gücünə malik V6 3,8 mühərrikinə malikdir. Yuta ştatında daha yumşaq üstü olan daha yeni nümunəni təklif edirlər. Yenidən rənglənib, dam ötürücüsü işləmir, radiosu yoxdur və çox da yaxşı işləməyən yanacaq sistemi var. 

Mercedes-Benz SL

 

 

Cənubi Karolinada yaşasaydıq, vəziyyəti yaxşı olan, benzin nasosu işləyən R129 nəslindən olan bu Mercedes-Benz SL modelinə gedib baxardıq. İş burasındadır ki, bu model kolleksion dəyərə malikdir. Hətta təkcə kuzovuna belə min dollar verməyə dəyər, bunda isə heç nasosunda belə problem yoxdur...

Cadillac Deville

 

 

Amerikalıların çox qəribə xasiyyətləri var. Məsələn: yaxşı vəziyyətdə salonu olan, tam işlək bort avadanlıqla təchiz olunmuş Cadillac DeVille modelini incələyək. Onda ancaq əyləc xətlərini dəyişmək lazımdır, amma sahibi Timoti Uorrell maşını dostuna həvalə edib və o da maşına bir az zərər vurub. Buna görə də, indi “Keddi” min dollara satılır, çünki cənab Uorrell ona vaxtını və əsəblərini sərf etmək istəmir. Düzünü deyin, siz onu normal vəziyyətə gətirərdinizmi? 

Lincoln Town Car

 

 

Corciyada yaşayan David Hammok cəmi min dollara 1998-ci il istehsalı olan Lincoln Town Car ilə vidalaşmağa hazırdır. “Güclü beş litrlik mühərrik. Transmissiya mükəmməl şəkildə dəyişir. Sobası qızdırır, kondisioner soyudur, kuzov əla vəziyyətdədir, xrom isə hələ də parlayır. Əsl lüks...”. Satıcı nəyisə bildirməsə də, bunun qarşısında dayanmaq mümkün deyil. “Linkoln” qane etməsə, Nyu-Cersiyə gedib onun əcdadı xüsusi versiyada olan Millenium Edition modelini nəzərdən keçirə bilərsiniz. 2000-Ci il buraxılışlı, vinil dam örtüyü və eyni qiymət.

Sonda bildirmək istəyirik ki, əgər Amerikadan maşın almaq istəyirsinizsə, əməkdaşlıq etdiyimiz AZS Group şirkətinə müraciət edə bilərsiniz. Cəmi 130 dollar xidmət haqqı ilə istənilən ölkədən istənilən maşını gətirmək mümkündür. Aşağıda əlaqə məlumatlarını əldə edə bilərsiniz:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh