Avropada daha bir piyada keçidi kuryozu – Azərbaycana bənzəyir? - FOTO
Belçikada piyadalar üçün keçidin qəribə formada rənglənməsi sosial şəbəkədə müzakirə mövzusu olub. Avtosfer.az xəbər verir ki, Lyej şəhərinin enli yollarından birində keçid hər 2 tərəfdən rənglənib. Amma cizgilər bir-birinə paralel deyil. Yolun sağ və sol tərəfindəki rəngləmələr bir birindən 5 metrədək aralıdır. Sosial şəbəkə istifadəçiləri yolçəkənləri yarıtmaz iş görməkdə ittiham ediblər.
Sən demə, vəziyyət tam başqa imiş. Piyada keçidini təşkil edən bələdiyyə yolun ortasında təhlükəsizlik adacığı yaratmaq niyyətinə düşüb. Məqsəd piyadaların yolu daha təhlükəsiz şəkildə keçməsini təmin etməkdir. Bələdiyyə Tvitterdə izah verməklə yanaşı hazır olacaq keçidin eskizini də yayıb.
Qeyd edək ki, əksər Avropa şəhərlərində piyadaların enli yolu 2 dəfəyə keçməsi tələbi mövcuddur. Bu tələb piyada işıqforlarının üzərində də yerləşdirilir.
Vüqar
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











