Reklam

Avtomobil insanın xarakterinin əksidir - FOTO

Avtosfer Foto 19 Avqust 2022 23:00 Oxunub 1600
Avtomobil  insanın xarakterinin əksidir  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bilirdinizmi şəxsi avtomobil bir nəqliyyat vasitəsindən daha çox şey ifadə edir?

Avtomobil bəziləri üçün dost, tənhalıq yeri, ikinci ev, kim üçünsə ikinci “həyat yoldaşı” kimi qəbul edilir. Həm də avtomobilin xarakterik xüsusiyyətləri sürücünün xarakterini anlamağa kömək edə bilər. Üstünlüklər temperamentdən asılıdır.
Avtomobil sizə vərdişlər və xarakter xüsusiyyətləri haqqında ətraflı məlumat verəcək ideal məlumat mənbəyidir. Bəs gəlin görək, avtomobil və sahibinin xasiyyəti arasında hansı əlaqə var?
Xoleriklər. İddialı və məqsədyönlü xolerik tipli insanlar parlaq və rəngarəng avtomobillərdə hərəkət etməyi sevir.

Car colors to avoid - Most dangerous and Safest Colour Choices

Sanqvinik. Bu insanların bütün həyatı fasiləsiz bayram kimidir. Belə insanlar qeyri-adi görünüşə, tam təchiz edilmiş interyerə malik avtomobillərə üstünlük verirlər. Sanqvinik insanların nəqliyyat vasitələri digər avtomobillər arasından seçilməlidir. 

This colourful McLaren puts art in the Artura hybrid supercar

Melanxolik. Bu insanlar kədərə, müntəzəmliyə meyllidirlər. Elə buna görə də onlar əfsanəvi brendlərin klassik modellərinə üstünlük verirlər. 

Retro Cars Pictures | Download Free Images on Unsplash

Flegmatik. Onların seçimləri praktikliyi ilə xarakterizə olunur: xidmət müddəti, keyfiyyət xüsusiyyətləri. 

Azərbaycanda 18 avtomobil özəlləşdirilib

Avtomobil öz sahibinin ətraflı təsvirini verə bilən vasitələrdən biridir. Təəssüf ki, bir sürücü həmişə ürəyinin istəyi və zövq üstünlükləri ilə seçim edə bilmir. Bəzən cibinin gücü çatanla kifayətlənməyə məcbur qalır.
Sürücünün “kimliyini” avtomobilin tək markasına deyil, həm də onun vəziyyətinə, xarici görünüşünə, salon üzlüklərinə, rənginə görə də öyrənə bilərsiniz. Misal üçün:

Rəng. Qırmızı rəngə özünə güvənən insanlar üstünlük verir; yaşılı sakit, özünü təmin edən avtomobil sahibləri seçirlər; mavi - duyğularla deyil, ağılla idarə olunan praqmatik insanların seçimi olur; ağ - təmizliyi və dəqiqliyi sevən idealistlərin rəngidir; tünd rənglərə adətən diqqət cəlb etməyə çalışmayan sürücülər üstünlük verirlər.

What to do when someone has hit your parked car | BrokerLink

Ölçü. Hündür və qabaritli avtomobillərə azadlığa can atan, şəxsi əhatələrini məhdudlaşdırmağı sevməyən insanlar üstünlük verir. Çox kiçik modellər isə özgüvəni aşağı olan insanların seçimi olur. 

Treating Child Patients Through The 'Little Big e-Motion' Project – Hyundai  Motor Group TECH

Transmissiya. Özünə güvənən sürücülər mexaniki, rahatlığını düşünənlər isə avtomatik sürətlər qutusuna üstünlük verirlər.

Hansı daha yaxşıdır: avtomatik transmissiya ilə "aspirasiya edilmiş" və ya  "robot" ilə turbo mühərrik - AvtoTachki

Sürücülük tərzi. Yavaş, təhlükəsiz sürücülük sabit psixikaya malik açıq, səmimi, xoş xasiyyətli insanlara xasdır. Riskli manevrlər, aqressivlik avtomobil sahibində olan zəiflik, impulsivlik və stressdən xəbər verir.

Агрессивный водитель не заметил автомобиль перед собой (ВИДЕО) » Автопортал  avtodream.org

Sonda Avtosfer.az olaraq sürücülərə avtomobillərinin hansı ölçüdə, rəngdə və modeldə olmasından asılı olmayaraq, onlara yollarda təhlükəsizliyə və qaydalara riayət etməyi tövsiyə edirik.

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh