Avtomobil yük maşınına çırpıldı: polis zabiti və anası öldü, atası və arvadı isə yaralandı - FOTO

Türkiyənin Ərzincan bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında bir ailənin 2 üzvü ölüb, 2-si isə xəsarət alıb.
Avtosfer.az “trthaber”ə istinadən xəbər verir ki, hadisə Sivas-Ərzincan şosesinin Rəfahiyə mahalı Altköy yaxınlığında qeydə alınıb.
Məlumata görə, 64 yaşlı Hakkı Yakulinin idarə etdiyi minik avtomobili yol kənarında park edilmiş yük maşınına arxadan çırpılıb. Zərbənin təsirindən minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb.
Qəzada ölən şəxslər Ağrı əyalət Polis İdarəsinin zabiti 35 yaşlı Hakan Yakuli və anası 53 yaşlı Hümeyre Yakuli olub. Hakan Y.-nin həyat yoldaşı 36 yaşlı Kumru Yakuli, atası Hakkı Yakuli (minik maşınının sürücüsü) isə yaralanıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya aparılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev



Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR











