Avtomobilin dəri salonunun beş mənfi cəhəti - AÇIQLAMA - FOTO

Avtomobilin dəri salonu lüks əlamətidir, lakin sürücülər üçün problem yarada biləcək bir sıra çatışmazlıqları var.
Avtosfer.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Vadim Strelbitski məlumat verib.
Onun sözlərinə görə, dəri oturacaqların əsas çatışmazlığı qiymətidir.
"Bu cür oturacaqlar avtomobilin dəyərini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, əgər sahibi üzlüyü dəyişdirmək və ya əlavə dəri elementlər əlavə etmək istəsə, bu, böyük xərc tələb edəcək", - deyə Strelbitski bildirib.
Ekspertin sözlərinə görə, dəri zədələndiyi təqdirdə təmir də baha başa gəlir.

"Müstəqil şəkildə təmir edilə bilən parça üzlükdən fərqli olaraq, dəri peşəkar yanaşma tələb edir", - deyə o bildirib.
Mütəxəssis təbii materialın müntəzəm qulluq tələb etdiyini vurğulayıb.
"Dərinin qurumasının və solmasının qarşısını almaq üçün müntəzəm təmizləmə, kondisioner və ultrabənövşəyi şüalardan qorunma lazımdır. Yayda dəri yüksək temperatura qədər qızır, oturacağı isti və yapışqan edir, qışda isə soyuq və sərt olur. Buna görə də, oturacaqların qızdırılması və ventilyasiya sistemlərinin quraşdırılması tələb olunur ki, bu da yenə xərcləri artırır".

Ekspert bildirib ki, hətta keyfiyyətli qulluğa baxmayaraq, dəri zamanla ilkin yumşaqlığını və parlaqlığını itirir, çatlamağa başlayır.
"Bu, qarşısı alına bilməyən təbii köhnəlmə prosesidir", - deyə Strelbitski qeyd edib.
(oxu.az)
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










