Avtopilot sistemi qəzanın ağırlıq dərəcəsini artırır – TƏDQİQAT - FOTO

Son illərdə avtomobillərdə avtopilot və digər yardımçı sistemlərin tətbiqi normaya çevrilib. Avropa İttifaqında 2022-ci ildən istehsal və istismar edilən bütün maşınlarda avtopilot və qəza tormozlamasına yardım sistemləri məcburidir. Bundan əlavə onlarla digər yardımn sistemi də tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, avtopilot və digər yardımçı sistemlərin məqsədi daha təhlükəsiz və komfortlu idarəetməyə malik olmaqdır. Lakin reallıqda vəziyyət başqadır.
Niderlandın “Unive” təşkilatı rəy sorğusu və təhlillər nəticəsində avtopilot və digər yardımçı sistemlərin yaratdığı fəasdları üzə çıxarıb. Məlum olub ki, bu sistemlərlə təchiz olunmuş avtomobillərin sürücülərinin
70 faizinin yolda diqqəti azalır. Onlar texnologiyaya arxayın olaraq avtomobilin idarə edilməsinə səthi yanaşırlar. Nəticə də ağır olur.
Tədqiqat göstərir ki, yaxşı təchiz ediolmiş avtomobillər bu səbəbdən daha ağır qəzalara düşür. Onların təmir xərcləri sadə komplektasiyaıl maşınlardan 25-40 faiz daha çox olur.
“Unive”nin əməkdaşları sürücü diqqətinin azalmasının kütləviləşməsindən narahatdırlar. Onlar problemi yoluna qoymaq üçün sığorta şirkətləri ilə məsləhətləşmələr aparırlar.
Təşkilat bir daha xatırladır ki, avtopilot və digər yardımçı sistemlərin mövcudluğu sürücünün arxayınlaşması üçün əsas deyil.
Vüqar Yaşaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR











