Bahalı restoranların qarşısında bahalı maşınlarla yolu kəsdilər; zolaq tutuldu - FOTO

Xocalı prospekti ilə bağlı bir neçə ay əvvəl yaranan mübahisələr bu gün artıq səngiyib. Ona görə ki, prospektin Ali Məhkəmənin yanından başlayan hissəsindən etibarən avtobus zolağı ləğv edildi. Yalnız sol zolaqda velosiped zolağı salındı. Lakin qeyd edilən ərazidə artıq yeni problemlər ortaya çıxır.
Avtosfer.az xəbər verir ki, Xətai rayonu Xocalı prospektində bəzi sürücülər avtomobillərini hərəkətə maneə yaradacaq şəkildə parklayır.
Belə ki, Ali Məhkəmənin prospektə tərəf olan hissəsindən etibarən yaradılan yol çiynini sürücülərin parklaması üçün ayırmışdılar. Lakin bu parklama yola parallel olmalı idi.
Bu gün artıq həmin parklama yerlərində “Pakhlava” restoranının sahibləri və müştəriləri yola perpendikulyar şəkildə maşınlarını saxlayır. 77-AJ-459, 10-RO-002 və 77-GU-077 qeydiyyat nömrəli müvafiq olaraq, “Toyota”, “Range Rover” və “Porsche” markalı avtomobillər dayanma-durma qaydalarını kobud şəkildə pozublar.

Əvvəllər Azərbaycan Yerüstü Nəqliyyat Nazirliyinin sürücülərə cəmi bir zolaqda hərəkət üçün şərait yaratdığını bağıran, videolar çəkib hay-küy salan şəxslər var idi. Bu gün isə belə bahalı avtomobillərin qaydaları pozması, yenidən hərəkət üçün bir zolağın qalmasını qışqıran şəxslərin videolarına rast gəlinmir.
Səfər
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










