Bakıda ağacların qəniminə çevrilən sürücülər - FOTOLAR

Bu fotolar Moskva prospekti 9 ünvanda, "Azərbaycanfilm" Kinostudiyasının qarşısında çəkilib. Avtosfer.az xəbər verir ki, yaxın ərazidə işləyənlər qazonu və ağacların altını parkinq yerinə çevirib. Onlar avtomobillə təzə əkilmiş ağacları tapdayaraq məhv edirlər.
Bakı kimi şəhərdə bir budağın belə insan həyatı üçün nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə ehtiyac yoxdur. Heç şübhə etmirəm ki, kiçik ağacları tapdalayanlar əllərinə fürsət düşdükdə böyük ağacları da parkinq xatirinə və ya sadəcə olaraq xoşlarına gəlmədiyi üçün baltalayacaqlar. Dibi tapdanan ağaclar məhv olmayıb, amma bu təbiət düşməni sürücülərin sayəsində ağacların inkişafı kifayət qədər ləngiyib.
Qazonun sağında, Kinostudiyanın giriş qapısının qarşısında isə vəziyyət lap biabırçıdır. Şərqin ilk kinostudiyasının qarşısındakı boş sahəni zəncirləyib parklama yeri düzəldib pul yığılmasına hansı ad verəcəyimizi anlamaq olmur. Zəncirin açılıb bağlanmasına isə kinostudiyanın mühafizəsi nəzarət edir.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO

















