Avtobus sürücüsündən ÖRNƏK DAVRANIŞ - 20 min dolları sərnişinə qaytardı - FOTO - VİDEO

Avtobusda sərnişinlərdən biri 19 min 700 dollar pulunu itirib. Təşviş içərisində olan sərnişinin köməyinə elə həmin sürücü yetişib.
Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətinə hərəkət edən ekspress marşrut xəttində yaşanıb. Sürücü Şamil Cəbrayılov pulu tapdıqdan sonra sahibinə qaytarıb. Bakıda təyyarəyə tələsən sərnişin avtobusda külli miqdarda pul itirdi.Sürücü isə pulu tapıb sərişininə qaytardı. Belə bir nümunəvi addımı avtobus sürücüsü Şamil Cəbrayılov atıb. Onun sözlərinə görə, hadisə aprelin 9-də baş verib. Belə ki, sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü avtobusun salonuna baxış keçirib. Bu zaman o, oturacağın üstündə 1 ədəd gödəkçə və 19 min 700 Amerika Birləşmiş Ştatları dolları aşkar edib. Bir neçə dəqiqədən sonra pulu itirən vətəndaş avtobusa qayıdaraq otruduğu yeri axtarmağa başlayıb. Pulunu və gödəkçəsini tapmayan həmin şəxs sürücüyə yaxınlaşıb. 38 yaşlı Şamil Cəbrayılov ümumilikdə 13 ildir ki, avtobus idarə edir. Deyir ki, dəfələrlə bəzi sərnişinlər avtobusda telefon, pul və digər qiymətli əşyalar unudublar. Şamil Cəbrayılov əlavə edib ki, nəqliyyat vasitəsi sonuncu dayanacağa çatdıqda, sərnişinlər düşdükdən sonra salona ümumi baxış keçirilir və yaddan çıxıb qalan əşyalar aşkar edildiyi zaman saxlanac yerinə qoyulur.

Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












