Bakıda avtomobilləri xüsusi üsulla qarət edən qardaşlar kameraya düşdü - FOTO

Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulublar. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhdə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.
Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri ilə müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayırı vətəndaşlara külli miqdarda ziyan vurublar. Müəyyən olunub ki, onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.
Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.
Bakı şəhər Baş Polis İdarəsi tövsiyyə edir ki, sürücülər avtomobillərin gözlə görünən yerlərində əşyalar saxlamasın, avtomobilləri əsasən işıqlandırılmış küçələrdə, “Təhlükəsiz şəhər” kamerasının əhatə dairəsində yaxın yerlərdə saxlamağa üstünlük versinlər. Avtomobillərin qapılarını açıb bağlayarkən, bank kartı vasitəsilə terminallarda pul-valyuta əməliyyatı həyata keçirərkən diqqətli olsunlar. Qeyri-müəyyən, naməlum şəraitdə avtomobillərin və bank kartlarının talanması halları ilə bağlı faktlar varsa, polisə məlumat verilsin.
Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırlması davam etdirilir.



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










