Bakıda dəhşətli qəzada ölənlərin görüntüləri - FOTO-VİDEO

Ötən gün Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimlikləri məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a bildirilib ki, hadisə ötən gün axşam saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 28,5-ci kilometrliyində qeydə alınıb: “Belə ki, “Hovo” markalı yük avtomobilinin sürücü Qazax rayonunda istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ hissəsində olan QAZ markalı mikroavtobusla toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 3 sərnişin ölüb, sürücü isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində baş verən qəza zamanı 3 kişi hadisə yerində dünyasını dəyişib: “Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar”.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












