Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub? - FOTO

Bakıda bağlanmış yola qoyulan əllə yazılmış lövhə sürücülərdə çaşqınlıq yaradıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya sakinlərdən biri müraciət edib. Vətəndaşın sözlərinə görə, “Çermet” körpüsündən Heydər Əliyev prospektinə gedən yolda əl yazısı ilə “Yol bağlıdır” lövhəsi qoyulub. “Əl yazısı uzaqdan görünmür və sürücüləri çaşdırır. Bu, dövlət qurumlarının öz işlərinə qeyri-ciddi yanaşmasını göstərir. Əgər yolda hər hansı təhlükə varsa, onunla bağlı əvvəlcədən nişan qoyulmalı, qaydalara uyğun formada xəbərdarlıq olunmalıdır”, - şikayətçi qeyd edib.
Problemlə bağlı dövlət qurumlarına müraciət etsək də, lövhənin hansı qurum tərəfindən qoyulduğunu müəyyən etmək mümkün olmadı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum həmin ərazidə hər hansı iş aparmır və ya yola nişan quraşdırmayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də sözügedən ünvanda iş aparmadığını açıqladı:
“Qeyd olunan ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən heç bir iş görülmür. Oradakı xəbərdaredici nişan da Xidmətə aid deyil”.

Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO








