Reklam

Bakıda intiharı təbliğ edərək kofe satanların qanunsuz işlədiyi üzə çıxdı - FOTOLAR

Avtosfer Foto 22 İyul 2024 17:27 Oxunub 5060
Bakıda intiharı təbliğ edərək kofe satanların qanunsuz işlədiyi üzə çıxdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məsələ ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyi saytımıza açıqlamasında bildirib ki, qeyd edilən ünvanda yerləşən reklam qeydiyyatsız olaraq yerləşdirildiyi məlum olub.

Fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq addımlar atılıb. Məsələ araşdırılması üçün aidiyyatı üzrə yönləndirilib.

Vətəndaşlardan xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz həştəqi ilə paylaşsınlar və ya Agentliyə məlumat versinlər.

***

10:45

Bakıda sakinləri ölümə səsləyən köşklər fəaliyyətə başlayıb.

Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda vətəndaşları intihara təhrik edən kofe köşkləri fəaliyyətə başlayıb. Köşklərdən biri əməkdaşlarımız tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında, Hüseyn Cavid parkı ilə üzbəüz görüntülənib.

Əldə edilən məlumata əsasən, həmin səyyar satış məntəqəsi artıq şəbəkə şəklində fəaliyyət göstərir. Köşkün üzərindəki yazıları diqqətlə oxuduqda görünür ki, paytaxtın mərkəzi, ən işlək küçələrindən biri, üstəgəl gənclərin, tələbələrin ən çox istifadə etdiyi ərazidə intiharın təbliğatı ilə məşğul olunur.

Menyuda müştərilərə təqdim edilən kofe “intihar kofe” adlandırılıb. “Arauşağı” adı altında kofe şəbəkəsi fəaliyyəti göstərən köşkün müştəri cəlb edə bilmək üçün seçdiyi uğursuz şüar isə “bu gün intihar edim, yoxsa kofe içim” olub. Maraqlısı da odur ki, artıq bir müddətdir ki, fəaliyyət göstərən səyyar satış köşkünə hətta AMEA-dan belə reaksiya verilməyib.

Ümid edirik ki, aidiyyatı qurumlar sadəcə köşkü yığışdırmaqla kifayətlənməyəcək, həm də məsələni təfərrüatları ilə araşdırıb bu şəxslərin məqsədinin nə olduğunu da aydınlaşdıracaq.

Səfər Əlizadə

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh