Bakıda səfirlik maşınları bütün qaydaları pozdu - Onlara cərimə yazılmır? - FOTOLAR

Paytaxtda diplomatik nömrə nişanlı avtomobillərin sürücüləri qaydaları kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, səfirliyə məxsus "Mercedes" markalı avtomobil mikromobilliklə bağlı bütün qaydaları pozaraq velosiped zolağına daxil olub, avtobus dayanacağına girib və dayanma-durma qaydasını pozub.
Digər fotoda isə diplomatik nömrə nişanlı "Hyundai" markalı avtomobil velosiped zolağında park edilib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücülərin bu davranışı ictimai narazılıq yaradıb. Çünki qanunvericiliyə əsasən, diplomatik nömrə nişanlı avtomobillərin yoxlanılması və duracağa aparılması qadağandır, lakin bu, onların qayda pozduqları halda cərimələnməsinə mane olmur. Yəni, qanun açıq şəkildə göstərir ki, diplomatik nömrəli nəqliyyat vasitələrini idarə edən sürücülər də inzibati məsuliyyətdən azad deyil.
Buna baxmayaraq, bu cür hallarda adətən cərimə yazılmır. Mütəxəssislər hesab edirlər ki, belə yanaşma həm qanunun tələblərinə, həm də ədalət prinsipinə ziddir. Diplomatik status sürücülərə imtiyaz yox, məsuliyyət nümunəsi olmalıdır.
İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə, inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus (və ya trolleybus, tramvay) dayanacağında və ya (5.12,5.13) yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarında tətbiq edilir.


Eltac Zülfüqaroğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR















