Bakıda yol nişanı çaşqınlıq yaratdı – FOTO

Bakı şəhəri Rəşid Behbudov və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində sol zolaqdakı yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, Dövlət Yol Polisi (DYP) onları saxlayaraq bu zolağın sola dönmək üçün olduğunu deyirlər:
"Bizə deyirlər ki, bu zolaqdakı yol nişanı sola dönmək üçündür. Amma orada düz hərəkət də göstərilir. Belə halların baş verməsi çaşqınlıq yaradır".
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilərək uyğunsuzluq aradan qaldırılacaq:
"Bir müddət əvvəl sözügedən ərazidə nəqliyyat vasitələri yolun sol hərəkət hissəsi ilə yalnız sola hərəkət edə bilirdilərsə, sonradan kəsişmədə həyata keçirilən dəyişiklik nəticəsində həmin zolaqla həm sola, həm də düzünə hərəkət təmin edildi. Yol nişanlanma xətlərində də müvafiq dəyişiklik olunub. Əraziyə baxış keçirilərək uyğunsuzluq aradan qaldırılacaq", - cavabda qeyd olunub.
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR












