Bakıdakı parkomatları yığışdırıb görün hara atıblar - Milyonlar belə çürüyür - FOTO

Sosial şəbəkələrdə yayılmış görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Avtosfer.az xəbər verir ki, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən kənd təsərrüfatı yarmarkasında parkomat məzarlığı aşkar olunub.
Xatırladaq ki, bu cihazları təxminən 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyəti quraşdırmışdı. Hərəsinin yanına da bir işçi təhkim olunmuşdu ki, pul yığımına nəzarət etsin.
Qeyd edək ki, bu parkomatların istehsalçısı dünyada bu sahədə ən məşhur şirkətlərdən olan Parkeon S.A. şirkətidir (indi Flowbird). Yəni, ucuz bir avadanlıq deyil. Vaxtilə milyonların xərcləndiyi bu avadanlıqlar indi anbarında çürüyür.
Parklanma haqqında müasir ədəbiyyata baxanda birmənalı tövsiyə olunur ki, yeni bir sistem qurulursa fiziki infrastrukturdan mümkün qədər az istifadə edilsin, bura parkomatlar da aiddir.
İndi hamının cibində smartfon olduğuna görə, parklanmanın ödənişini elə mobil tətbiqdən etmək olar, məlumat da sistemə düşəcək, kağız qəbzlərə də ehtiyac qalmayacaq.
Məsələn keçən il Kiyev şəhərində ödənişli küçə parklanması yenidən tətbiq olunanda, onlar parkomatlardan istifadə etməməyə qərar verdilər. Mobil tətbiqə alternativ olaraq sürücülər şəhərin əksər yerində olan ödəniş terminallarından (bizdəki MilliÖn, E-manat və s. kimi) istifadə oluna bilər.
Fərid
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR

















