Bakının mərkəzi küçələrində biabırçılıq – Yolları görün nə hala saldılar - FOTO - VİDEO

Bakının parkinq problemini həll etmək müşkül məsələyə çevrilib. Aidiyyatı qurumlar tərəfindən hər nə qədər həll olunmağa çalışılsa da, məsələ gündəmdən düşmür. Qanunsuz dayanacaq yaradanlar, səkiləri zəbt edənlər, yollara zəncir və maneə vuranlar günü-gündən artır. Hətta ən ciddi problemlərdən biri vətəndaşlardan parkinq üçün qanunsuz olaraq ödəniş yığılmasıdır.
İzləyicilərimizdən biri Avtosfer.az-ın elektron ünvanına paytaxtın bir neçə mərkəzi küçəsində olan qanunsuz dayanacaqlardan şikayətini bildirib. Şikayətçinin sözlərinə görə, daim sıxlıq müşahidə olunan “Malakan bağı” adlanan ərazidə - Qoqol, Rəsul Rza və Üzeyir Hacıbəyli küçələrində sahibkarlar öz obyektlərinin qarşısında qanunsuz dayanacaq yaradıblar. Onlar müxtəlif vasitələri yolun hərəkət hissəsinə düzərək ərazini zəbt ediblər. Qanunda belə hallara yol vermək qadağandır və cərimə nəzərdə tutulur.
Qeyd edək ki, mərkəzi küçələrdə səkilərə paralel bir cərgəylə avtomobillərin park olunmasına icazə verilməlidir. Lakin obyekt sahiblərinin küçəni bu cür zəbt etmələri yolverilməzdir.
Xatırladaq ki, eyni ərazidə - Üzeyir Hacıbəyli küçəsində sürücülərin və piyadaların rahatlığını təmin etmək üçün dördmərtəbəli ödənişli park yeri var.
Nərminə Əli
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR



















