Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA

Azərbaycanda ictimai nəqliyyatın inkişafı tarixində qadınların rolu düşündüyümüzdən daha qədimdir. Xüsusilə də paytaxt Bakl şəhərində fəaliyyət göstərən tramvay sistemi uzun illər həm şəhər nəqliyyatının əsas hissəsi, həm də qadınların bu sahədə çalışdığı mühüm iş yerlərindən biri olub.
Avtosfer.az xəbər verir ki, Bakı şəhərində elektrik tramvayı ilk dəfə 1924-cü il fevralın 8-də istifadəyə verilib. Bu nəqliyyat növü qısa müddətdə şəhərin əsas sərnişindaşıma vasitələrindən birinə çevrilmişdi. İlk xəttlər şəhər mərkəzini dəmiryol vağzalı və sənaye zonaları ilə birləşdirirdi.
1920–1930-cu illərdən başlayaraq tramvay parkında müxtəlif peşələr üzrə minlərlə insan çalışırdı. Bu kollektivdə qadınlar da mühüm yer tuturdu – onlar həm dispetçer, həm konduktor, həm də birbaşa tramvay sürücüsü kimi fəaliyyət göstərirdilər.
.jpg)
Sovet dövründə qadınların sənaye və nəqliyyat sahələrində işləməsi dövlət tərəfindən təşviq olunurdu. Bu səbəbdən Bakıda tramvay və trolleybus parklarında qadın sürücülər kifayət qədər geniş yayılmışdı.
Araşdırmalara görə, Qadınlar tramvay idarəçiliyində aktiv iştirak edirdilər, Onlar həm gündüz, həm də gecə növbələrində çalışırdılar, Tramvay sürücülüyü qadınlar üçün texniki və məsuliyyətli peşə sayılırdı.
Hətta həmin dövrdə ictimai nəqliyyatda qadın sürücülər cəmiyyət üçün adi hal idi və bu sahədə gender fərqi çox hiss olunmurdu.
XX əsrin sonlarına doğru Bakıda avtomobil sayının artması və şəhərin nəqliyyat siyasətinin dəyişməsi tramvay sisteminə də təsir göstərdi. 2000-ci ildən etibarən tramvay xətləri mərhələli şəkildə sökülməyə başladı. Sonuncu tramvay xətti isə 2003-cü ildə fəaliyyətini dayandırdı . Beləliklə, paytaxt küçələrində illərlə işləyən tramvaylarla birlikdə qadın tramvay sürücülərinin peşəsi də tarixə çevrildi.

2024-cü ildə Bakının Baş planı hazırlanarkən paytaxtın bəzi ərazilərində tramvay xətlərinin olması nəzərdə tutuldu. Ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masada müzakirələr zamanı da tramvaylarla bağlı mövzulara toxunuldu. Tədbirdə bildirildi ki, Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.
Həm nəqliyt ekspertləri, həm də ictimaiyyət nümayəndələri təklif edir ki, paytaxtda yenidən fəaliyyətə başlayacaq tramvayların idarəçiliyi yenə qadınlara tapşırılsın. Onu da qeyd edək ki, artıq Bakı metrosunda bir neçə xanım maşinist bir neçə ildir ki, fəaliyyətdədir. Ötən ildən etibarən “BakuBus” MMC də qadınları avtobus sürücülüyü üzrə çalışdırır. Sosial şəbəkələrdə sürücülük və maşinistlik üzrə fəaliyyət göstərən xanımların fəaliyyətlərindən məmnunluğunu bildirən istifadəçilərin sayı da kifayət qədərdir.
Səfər
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO



















