Beş əsr əvvəlki çertjoy sayəsində məşhur qəsrin gizli yolları aşkara çıxdı - FOTO

Məşhur italiyalı mütəfəkkir Leonardo da Vinçini çox adam “Cokonda” və “Vitruvius insanı”na görə tanıyır. Böyük ixtiraçı mühəndis kimi də ciddi işlərə imza atıb. Bu günlərdə da Vinçinin daha bir fundmental işi ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, alimin “Codex Forster” əsəri indiyədək ətraflı tədqiq olunmamışdı. Çoxları bu kitabı sadəcə olaraq eskiz, başa çatmayan layihə hesab edirdi.
Lakin bu günlərdə Milan Politexnik Məktəbinin tələbələrinin araşdırması əsərə real qiymət verməyə kömək etdi.
Kitabdakı çertyojlar əsasında Sforçesko qəsrini araşdıran tədqiqatçılar buranın görünəndən fərqli olduğunu üzə çıxardılar. Skaner və yer səthinə nüfuz edən radar texnologiyası ilə tədqiqat zamanı 16-cı əsrə aid sarayda çox sayda yeraltı yol üzə çıxdı. Məlum oldu ki, bu yollar həm yerli hökmdarın qaçışı, həm də hərbi təchizat məqsədi güdür. Milan hersoqu Lüdoviko Srfortsa 1494-cü ildə da Vinçiyə sarayı sənət əsərləri ilə gözəlləşdirməyi sifariş verib. Bu zaman mühəndis sarayın yeraltı yollarını məşhur əsərində təsvir edib.
Hazırda milanlı tədqiqatçılar sarayın yeraltı yollarının 3D modelini hazırlayırlar. Hələlik bu yollara giriş yoxdur. Tədqiqat başa çatdıqdan sonra sarayın turizm əhəmiyyəti də artacaq.
Qeyd edək ki, 1360-70-ci illərdə tikilmiş Sforçesko qəsri sonradan dağıdılsa da, 1447-ci ildə yenidən tikilib.
Vüqar Yaşaroğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR













