Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR

İxtisasca hüquqşünas olan şəxslərin Azərbaycan hökumətində təmsilçiliyi son illər xeyli artıb. Təkcə nazirlər deyil, komitə sədrləri arasında da hüquqşünaslar var.
Avtosfer.az xəbər verir ki, hüquq təhsili almış ən stajlı hökumət üzvü iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.
Fotoda: Mikayıl Cabbarov

Ölkənin baş diplomatı Ceyhun Bayramov da hüquq ixtisası üzrə bakalavr təhsili alıb. Nazir Azərbaycan Universitetinin hüquq fakültəsinin məzunudur.
Fotoda: Ceyhun Bayramov

Daxili işlər naziri Vilayət Eyvazov da hüquqşünasdır. 58 yaşlı nazir 2000-ci ildə Daxili İşlər nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Fotoda: Vilayət Eyvazov

Karyerası gənc yaşlarında parlayan, 29 yaşında İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri təyin edilən Sahil Babayev də ixtisasca hüquqşünas olan hökumət üzvlərinin siyahısında yer alır. 46 yaşlı nazir Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Sahil Babayev hüquq üzrə fəlsəfə doktorudur.
Fotoda: Sahil Babayev

Sahil Babayevin xələfi Anar Əliyev də hüquqşünasdır. Anar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə magistr dərəcəsi ilə tamamlayıb. O, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
Fotoda: Anar Əliyev

Prezident İlham Əliyevin Sərəncamı ilə fevralın 10-da ekologiya və təbii sərvətlər naziri təyin olunan Rəşad İsmayılov da hüquqşünasdır. Rəşad İsmayılov Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Fotoda: Rəşad İsmayılov

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də ixtisasca hüquqşünasdır. Rövşən Rzayev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur./metbuat.az
Fotoda: Rövşən Rzayev

"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










