Bu ərazidəki piyada zolağı “yoxa çıxıb” - Sürücülər yol vermir, piyadalar təhlükədədir - FOTO

Paytaxtın Xocalı prospektindəki (“Xətai” metrosu yaxınlığında) piyada zolağı silinib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz halla bağlı vətəndaşlar şikayətçidirlər. Onların sözlərinə görə, “Kaspi” təhsil mərkəzinin qarşısında çəkilmiş zolaq uzun müddətdir “yoxa çıxıb”. Belə ki, sürücülər piyada keçidi nişanına məhəl qoymadan yaranmış vəziyyətdən sui-istifadə edirlər. Nəticədə ərazidən keçən piyadalar dəqiqələrlə maşınların onlara yol verməsini gözləyirlər və təhlükə qarşısında qalırlar.
Təəssüflə qeyd edək ki, paytaxtın bir sıra küçələrində nişanlanma xətləriylə bağlı problem hələ də davam edir. Zolaqlar çəkilərkən keyfiyyətsiz boyalardan istifadə olunduğu üçün bir neçə aydan sonra silinir.
Ümid edirik ki, piyadaları təhlükə qarşısında qoyan bu mənzərə qısa zamanda aradan qaldırılacaq.
Nərmin

Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











