Bu küçədə binanın həyəti hasarlanaraq “özəlləşdirilib” - Sakinlər NARAZIDIR - FOTO

Paytaxtın Yasamal rayonu Eldar Ağayev küçəsində yerləşən yaşayış məhəlləsinin həyəti dəmir çəpərlərlə hasarlanıb.
Bu barədə izləyici Avtosfer.az-a müraciət edərək fotoşəkillər göndərib. Şikayətçinin iddasına görə, yaşayış binasının ümumi istifadədə olan həyəti qanunsuz şəkildə zəbt olunub.
Belə ki, binanın birinci mərtəbəsində yaşayan sakinlər sözügedən ərazini bağça, parkinq, istirahət zonası kimi çəpərləyib və “özününküləşdiriblər”. Nəticədə şikayətçi yolun daraldığını və maşın keçərkən təhlükəli mənzərəylə üz-üzə qaldıqlarını qeyd edib: “Ərazidə ancaq maşınların hərəkəti üçün yol qalıb. Avtomobil keçəndə məcbur dayanıb yol verməlisən, əks halda qəza qaçılmazdır. Uşaqlar asudə vaxtlarında oynaya, velosiped sürə bilmirlər və valideynlər körpələrini çöldə gəzdirə bilmirlər. Əlverişsiz hava şəraitində də yoldan keçmək qeyri-mümkündür. Həyətdə maşın saxlamaqdan isə söhbət gedə bilməz”.
Sakin məsələylə bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini və aidiyyəti qurumun sözügedən yaşayış binalarının Müdafiə Nazirliyinin nəzarətində olduğunu bildirərək onları Bakı Qarnizonun MİH-ə yönləndirdiyini qeyd edib. Lakin şikayətçilər qurumun rəisi N.Ağayevə məktub yazsalar da aylardır (2023-cü ilin dekabr ayından) cavabsız qalıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ dəqiqləşdirildikdən sonra məlumat veriləcək.
Ümid edirik ki, aidiyyəti qurum məsələylə bağlı sakinlərin şikayətinə cavab verəcək və illərdir davam edən bu mənzərəylə bağlı qısa zamanda tədbir görəcək.
Nərmin






Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
















