Bu "Mercedes"lərdən daha buraxılmayacaq - FOTO
Avtosfer Foto
13 Aprel 2025 16:47

"Mercedes-Benz" yeni nəsil van avtomobilləri ailəsini təqdim etməyə hazırlaşdığı üçün "Renault" ilə birgə hazırlanan T-klass və onun kommersiya versiyası olan "Citan" modelindən imtina edir.
Avtosfer.az "Automobilwoche"yə istinadən xəbər verir ki, növbəti il Fransanın Mobej şəhərində yerləşən zavodda hər iki modelin istehsalı dayandırılacaq.
Şirkət nümayəndəsi təsdiq edib ki, "Mercedes-Benz" hazırkı strategiyasına uyğun olaraq daha çox premium seqmentlərə diqqət yetirir. Nəticədə, markanın model sırası mütəmadi olaraq optimallaşdırılır.
Gözlənilir ki, EQT kimi tanınan T-klassın elektrik versiyası da istehsaldan çıxarılacaq.
Hazırda "Mercedes-Benz" T-klass və "Citan"nın qiymətləri təxminən 25 min avrodan başlayır.(oxu.az)
Oxunub : 1778
DİGƏR XƏBƏRLƏR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
21 May 2026 22:03
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
ŞƏRH YAZ














