Bu yolda tez-tez maşınlar aşır - Hər qəza can alır - FOTO

Avqustun 10-u gecə saatlarında Kürdəmir - Zərdab yolunda 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Son 2-3 ildə bu yolda 10-dan artıq ölümlə nəticələnən yol qəzası baş verib ki, həmin hadisələrin də, demək olar, hamısında avtomobillər aşıb.
Belə ki, təmir edildikdən sonra heç bir radarın quraşdırılmadığı və xəbərdarlıqedici işarələrin çox az olduğu bu yolda bir neçə təhlükəli sərt döngə mövcuddur. Nəzarətin zəifliyi isə sürücülərin burada nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsinə və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur.
Təxminən 10 kilometr məsafəli hissədə indiyədək çoxsaylı faciələr yaşanıb ki, onların bəzilərinin qurbanı tanınmış şəxslər və ya onların yaxın adamları olub. Belə ki, Vətən müharibəsi şəhidi olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın olduğu “Ford” markalı avtomobil burada aşıb. Həmin vaxt şəhidin xanımı ilə yanaşı sürücü də hadisə yerində vəfat edib.
.jpg)
Ötən ilin oktyabrında isə Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun da idarə etdiyi “Toyota Prado” markalı avtomobil bu ərazidə aşıb. Hadisə vaxtı Vətən müharibəsi şəhidi olan oğlu İsrafil İbrahimovun anım tədbirinə gedən ailə üzvlərindən şəhidin nənəsi vəfat edib. Avtomobildə olan digər şəxslər isə xəsarət alıb.

Ötən ilin avqustunda “Mitsubishi L200” markalı avtomobil yoldan çıxaraq kanala aşıb və 2 nəfər hadisə yerində boğularaq ölüb.

Bu ilin 8 aprel tarixində də qeyd edilən yolda ölümlə nəticələnən qəza baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri vəfat edib
Son olaraq 2 gün əvvəl baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən hadisə aidiyyəti qurumların bu yolla bağlı nəzarəti artırmalı və digər tədbirlər görməli olduğunu sübut edir.
.jpg)
Mənbə: "Qafqazinfo"
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










