"Buradan keçməyin 2 variantı var, ya iplə divara dırmaşmalısan, ya da...” - FOTO

Paytaxtın Xətai rayonu Babək prospektində çəkilmiş piyada keçidi müzakirələrə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda yazıçı-jurnalist Tural Cəfərov foto paylaşıb.
O, piyada keçidinin körpünün divarına doğru çəkilməsinə diqqət çəkib və buranın piyadalar üçün təhlükəli ola biləcəyini vurğulayıb.
Yolun əks tərəfindəki yaşıllığın sürücülərin piyadaları görməsinə çətinlik yarada biləcəyini də əlavə edən T.Cəfərov problemə ironiya ilə yanaşıb: “İki variant var, ya iplə körpüyə dırmaşacaqsan, ya da ağacların arası ilə gedib körpünün altına gedəcəksən. Ora dönən maşınlar isə əlbəttə ki, səni görməyəcək. Elə sən də onları...”
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, keçidin təşkilində hər hansı bir qüsur yoxdur: “Piyadalar zolaqdan istifadə edərək yollarını piyada səkisi ilə davam etdirə bilərlər. Bunun üçün mövcud şərait var”.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








