"Chery Arrizo 5 GT" sedanı rəsmi olaraq debüt edib - FOTO

Chery şirkəti güclü versiyada buraxılacaq Arrizo 8 biznes sedanının istehsalına başlamaq üzrədir. Lakin uzunluğu 4,6 metr olan kiçik Chery Arrizo 5 sedanı da unudulmayıb. Bu model 2015-ci ildən bəri istehsal olunur və artıq Arrizo 5 EX və Arrizo 5 GX adlı versiyalara da təklif edilir. Bu gün Chery şirkəti yeni Arrizo 5 GT “idman” versiyasını təqdim edib. Yeni versiya Arrizo 5 ailəsinin ən güclü və sürətli üzvüdür.

Kapotun altında müasir Kunpeng ailəsinin birbaşa yanacaq püskürtməsi olan 1,6-litrlik turbomühərriki quraşdırılıb. Belə mühərrik artıq Tiggo 8 və Omoda 5 krossoverlərində quraşdırılır. Arrizo 5 GT modelində bu mühərrik 197 at qüvvəsi və 290 Nm fırlanma abl hasil edir və iki yaş muftası olan yeddi pilləli “robot” ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə altı saniyəyə sürətlənməlidir. Bu günə qədər Arrizo 5 modelinin ən güclü versiyası 156 at qüvvəli mühərrik və variator ilə təklif edilirdi.

Lakin GT versiyası adi sedandan təkcə güc aqreqatı ilə fərqlənmir. “İdman” sedanının ön hissəsi tamamilə yenidir və cəhrə formalı radiator barmaqlığını alıb ki, bu da onu Lexus modellərinə bənzər edir. Arxa tərəfdə isə, yeni fənərlər və buraxılış sisteminin dörd çıxış borusu olan bamper var. Sedan 17-düymlük təkər disklərini və narıncı rənğli supportları olan gücləndirilmiş əyləcləri əldə edib. Asqının tənizimləmələrinin dəyişdirildiyi bildirilir, lakin təfərrüatlar açıqlanmayıb. Arrizo 5 ailəsi öndə McPherson dayaqları, arxada isə yarı müstəqil asqısı olan sadə şassiyə malikdir.


Salon tamamilə yenidir. Burada özündə iki ekranı birləşdirən günəşliksiz panel, iqlimə nəzarət sisteminin sensoru idarəetmə bloku və transmissiyanın qeydə alınmayan coystiki var. İnteryer narıncı rəngli tikişlərlə bəzədilib, bundan başqa tərtibatda alüminiumdan da istifadə olunduğu bildirilir.
Chery Arrizo 5 GT sedanının Çin bazarındakı satışlarına bu ilin payızında başlanacaqdır. Modelin qiyməti hələlik açıqlanmayıb, lakin o, mütləq ailənin ən bahalı versiyası olacaqdır. İndi Arrizo 5 modelinin müxtəlif versiyaları 8 900 - 19 400 dollar arasında dəyişən qiymətlərlə satılırlar.
autograph.az
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










