"Chevrolet" "Ford Mustang Mach-E" modelinin rəqibini nümayiş etdirib - FOTO

Chevrolet şirkəti yeni Blazer EV elektrik krossoverinin ilk rəsmi şəklini dərc edib. Chevrolet Blazer EV elektrik krossoveri 18 iyulda debüt edəcək və gələn ilin yazında satışa çıxacaqdır. Dərc edilmiş şəkildə krossoverin SS indeksli “bərkgedən” versiyası təsvir olunub. Belə versiya idman dekoru ilə fərqlənir və böyük ehtimalla daha güclü elektrik mühərrikləri ilə təchiz ediləcəkdir. Qeyri-rəsmi məlumata görə, elektrokarın iki elektrik mühərrikindən ibarət olan güc qurğusu 500 at qüvvəsi təklif edəcəkdir.

Chevrolet Blazer RS
Amerikan markası Blazer adını dörd il bundan öncə bərpa edib: 2011-ci ilə qədər bu ad altında ofrouder satılıb, 2018-ci ildə isə, Blazer adı Cadillac XT5 modeli ilə eyni platformanı paylaşan krossoverə verilib. Hələlik model yalnız adi daxili yanma mühərrikləri - 2,0-litrlik “turbodördlük” və 3,6-litrlik V6 atmosfer mühərriki, - ilə təklif edilir. Ötürmə ön oxa və ya tam ola bilər. Lakin gələn il artıq Blazer ailəsində elektrik verisyası peyda olacaqdır.

Chevrolet Blazer EV SS
Blazer EV elektrik krossoverinin dizaynı sıfırdan yaradılıb və buna görə də o, benzin versiyasından fərqlənir: krossover yeni optikaya və başqa arxa dayaqlara sahib olub, üstəlik, başqa tərtibatlı radiator barmaqlığı ilə fərqlənir. Chevrolet Blazer EV modelinin əsas rəqibi Ford Mustang Mach-E elektrik krossoveri olacaqdır. SS versiyası isə, Mustang Mach-E GT modeli ilə mübarizə aparacaqdır. Chevrolet Blazer EV modeli General Motors tərəfindən buraxılacaq 30 “yaşıl” modeldən biri olacaqdır.
autograph.az
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR











