Dayanacağı zəbt edən zibil qabları - FOTO

Bu foto bir həftə əvvəl çəkilib. Həmin gün problemi qabartmaq istəsəm də, sonradan fikrimdən daşındım. Fikirləşdim ki, yerdəyişmə müvəqqətidir. Yerə tökülən beton bərkidikdən sonra qablar da yerinə qayıdar. Amma bu səhər əmin oldum ki, yanılmışam.
Xocəsən stansiyasının qarşısındakı yolun intensivliyi, darlığı və riskli olmasını ərazidə yaşayanlar yaxşı bilir. Avtobusların dayanması digər nəqliyyat vasitələrinə ciddi risk yaradır. Hələ bu azmış kimi zibil qabları dayanacağa yerləşdirilib. Buna görə də dayanacağa girən avtobuslar hərəkətə davam etmək üçün sola manevr etməli olur. Bu da intensiv axınlı yolda əlavə qəza riski yaradır.
Artıq təmir edilən ara yol istifadəyə açılsa da, heç kim zibil qablarını yerinə qaytarmağı düşünmür. Nəticədə onsuz da təhlükəli olan yolda risk daha da artır.
Ümid edirik bələdiyyə bu xoşagəlməz halı aradan qaldıracaq.
Vüqar
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR












