Dəşhətli yol qəzası: 4 nəfər öldü, 3-ü diri-diri yandı - FOTO

Rusiyanın Xabarovsk bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 18-də A-376 “Xabarovsk-Lidoqa-Vanino” avtomobil yolunun Qassi gölünün yaxınlığında qeydə alınıb. Bu barədə Dövlət Yol Polisinin regional qrupunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, “Toyota” və “pikap” markalı nəqliyyat vasitələri naməlum şəraitdə toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yanıb.
İlkin məlumatlara görə, hər iki sürücü də daxil olmaqla ümumilik 4 nəfər aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər - onlardan üçü diri-diri yanıb. İki azyaşlı sərnişin isə yaralanıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.
“Hadisənin baş vermə şəraiti və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində əməliyyat-istintaq qrupu və rayon Dövlət Yol Polisinin əməkdaşları işləyir”, - deyə idarədən bildirilib.
Namiq Musayev

Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








